adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 May 2020 17:22
49929
LAYİHƏ

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV VƏ ANA DİLİ MƏSƏLƏLƏRİ

Azərbaycan ədəbiyyatının görkəmlinümayəndəsi, böyük dramaturq ədib, demokrat yazıçı, nasir, pedaqoq, ədəbiyyatşünas,publisist, maarifpərvər ziyalı, tanınmış ictimai xadim Əbdürrəhim bəyHaqverdiyevin anadan olmasının 150 illiyi may ayının 17-də tamam olur. AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli sərəncamıilə yazıçının həyat və yaradıcılığının,bədii-publisist irsinin yenidən araşdırılması və təbliği sahəsində növbəti mərhələbaşladı. Ə.Haqverdiyevin adının UNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərinvə əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi də qüdrətli sözustasının çox geniş ədəbi yaradıcılığına verilən yüksək dəyərin ifadəsidir.

Böyük yazıçının anadanolmasının 150 illik yubileyinin keçirilməsi elmi ictimaiyyətin, filoloqlarındiqqətini yenidən həmin irsin araşdırılmasına yönəltdi.

Ümumxalq məhəbbəti qazanmış,gündəmdən düşməyən, yaddaşlardan silinməyən Ə.Haqverdiyevin yaradıcılığı ətrafındacanlanma yarandı. Yubiley münasibətilə dalğalanan tədbirlər silsiləsi yazıçınınunudulmaz irsinə ayna tutmaqda davam edir.

Əbdürrəhim bəy Haqverdiyevinçoxşaxəli yaradıçılığının müəyyən istiqamətlərindən biri də ana dili məsələləridir.Doğma vətəninin ictimai həyatında fəal iştirak edən vətənpərvər ziyalıxalqımızın mədəni-ictimai həyatındakı bütün çatışmamazlıqlar kimi Ana dilininprobləmləri də onu hər daim narahatetmişdir. Dövrün ədəbi dil normasının müəyyənləşməsində həmin dövrün görkəmliziyalıları ilə yanaşı Əbdürrəhim bəy Haqverdiyev də əlifba, orfoqrafiya, milliterminologiya məsələlərinin ətrafında gedən mübarizələrdən kənarda qalmamış,dilçi alimlərlə daha yaxın münasibətdə olan ədib dil məsələlərinin müzakirəsindəmərkəzi mövqe tutmuşdur. Həmçinin Ə.Haqverdiyev onu narahat edən ötən əsrin ilkiki on illiyinin dil və əlifba məsələləri haqda mətbuatda çıxışlar etmişdir.

Onun "Ədəbi dilimizhaqqında"kı dəyərli məqaləsi o dövrün qızğın müzakirələrindən aldığı təəssüratınnəticəsidir. Məqalədə ədəbi dilin inkişafında bədii ədəbiyyatın və mətbuatınrolundan, əlifba, orfoqrafiya, terminologiya məsələlərindən danışır. Ədəbidilin inkişafına mane olmaqda davam edən müəyyən nöqsanları qeyd edir. Ədəbidilimizin qarşılaşdığı problemləri vətəndaş yanğısı ilə qələmə aldığı "Ədəbidilimiz haqqında" əsəri həqiqətən də öz dövrünün ən aktual və acınacaqlıdil hadisələrinə həsr olunmuşdur. "Ədəbidilimiz varmı, yoxmu" problemini ortaya qoyduğu bu əsərdə müəllif mətbəələrindoğma ana dilimizdə kitab çap etməməsindən şikayətlənir: "Türklərin bir mətbəəsiyox idi. Quberniya mətbəəsində türk hürufatı var idisə, o da xırda elanlar tərcüməsiüçün olub, bərbad bir halda idi. Bu səbəbdən məktəblərdə tədris kitabları vəcamaatın oxuduğu kitablar ancaq "Leyli və Məcnun","Gülüstan", "Bustan", "Tarixi-Nadir" və bu qəbilİranda çap olunmuş və əksəri fars dilində yazılmış kitablar idi. Buna görə dəfars dili türk dilinə tam mənasilə ağalıq edirdi. O vaxtın xalqı türk dilində məktubyazmağı bacarmazdılar, məktublar hamısı fars dilində yazılırdılar". Ə.HaqverdiyevXX əsrin əvvəllərində Azərbaycanda mətbəələrin qurulması, müxtəlif qəzetlərinişıq üzü görməsi, ədəbiyyat kitablarının çapı, maarif cəmiyyətlərinin, dram dərnəklərinintəşkil olunması yolunda ziyalıların fəaliyyətlərini yüksək qiymətləndirməsinəbaxmayaraq, o dövürdə qüsurları, nöqsanları da qeyd etməkdən çəkinməmişdir.

Həmin məqalədə həm məişətleksikasına, həm də ədəbi dilimizə fars dilinin qrammatik normalarınınyamanmasını, təyini söz birləşməlirini yerinə daha çox izafət tərkiblərindənistifadənin ənənə halını almasını da ifşa edirdi. Hətta Mirzə Fətəli Axundovunkomediyalarını Azərbaycan dilində yazmasını təqdir edən nasir fars sözlərininçoxluğundan da şikayət edir. Həmçinin M.F.Axundovun öz tərcümeyi-halını farsdilində yazmasını və onun da o dövrün qəzətlərində də çap olunmasından narazıqaldığını dilə gətirir.

Təbii ki, o dövrdə bütün Azərbaycanziyalıları eyni mövqedən çıxış etmirdi. Maraqlı burasında idi ki, ədəbi dilintaleyinə heç kəs laqeydlik göstərmir, müxtəlif siyası cəbhələrdə milli ədəbidilin normasına münasibət baş qaldırır. Milli normanın ana dili üstündəqurulmasını tələb edən demokratik qüvvələrin önündə gələnlərdən biri kimi Ə.Haqverdiyev"Əkinçi", "Kəşkül" və sairənin də nümunəvi ədəbi dil yaradabilmədiyini və bu qəzetlərdəki rus və fars dilindən çox söz istifadə edilməsinivə oxucunun mütləq lüğətdən istifadə etməyə məcbur qaldığını ürək ağrısı ilə qələməalır. Ə.Haqverdiyev ziyalıların, ədəbiyyat adamlarının ana dilinin saflığana xələlgətirməsini ictimaiyyətə bu şəkildə çatdırır:"Ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız (özümü də o cümlədən hesabedirəm) iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb,türk dilində rus cümlələri işlətməyə üz qoydular".

Ayrıca ədib dilimizinmorfologiya və sintaksisinə həsr olunan qrammtikaya aid vəsaitlərlə bağlı onuda vurğulayır ki, "ədəbi dilin yoxluğundan əlavə indiyədək, türk Azərbaycanləhcəsinin bir mükəmməl sərfi və nəhvi yoxdur. Ədəbi dil haradan ola bilər?Kitablarımızda, qəzetlərimizdə sərf-nəhv qəvaidini indi də düzgün işlətməyirik.Bu xüsusda xüsusi məqalə hazırlayıram".

Bu dövrdəki dil meyillərinidüzgün təhlil edərək doğru olaraq konkretləşdirərkən belə yazır:

"Sultan Əbdülhəmidzamanında Osmanlı ədibləri hökumətin təhriki altında Osmanlı türk ədəbiyyatınıncəmi türk aləminin ədəbiyyatına ağalıq etməsi yolunda cidd-cəhd edirdilər".Ə.Haqverdiyev ədəbi dil və Azərbaycan ədəbi dili anlayışlarına nəzər yetirir, ədəbidilin pozulması və ya olmaması məsələsində yad dillərin təsiri altındaoxuyub-yazan ziyalıları, mətbuat aləmini ciddi günahlandırır. Ə.Haqverdiyevosmanlı ləhcəsi ilə ədəbi dili müəyyənləşdirmək istəyən ziyalıların ideya mənşəyininOsmanlı dövləti ilə bağlı olduğunu yazır:

"Əlibəy Hüseynzadə, ƏhmədKamal, Səbribəyzadə Xalid Ziya və sairləri. Birinci Əlibəy Hüseynzadə"Füyuzat"ı nəşrə başlayıb, türk Azərbaycan dilini osmanlılaşdırmağa qədəmqoydu.

Bunun müqabilində "Molla Nəsrəddin"inamansız mübarizəsi nəticə verə bilmədi və yazıçı gənclərin çoxunu Əlibəy öznüfuzu altına çəkdi".

Öz dövrünün müasir gəncliyinə, ələlxüsusda, cavan ədib və şairlərin bəzi jurnal və qəzetlərin təsirinə düşməməsini, anadilinin saflığına zərərər verməsini ədəb "gənclərimiz özləri hiss etməyərəkAzərbaycan qulağını deşən ləfzləri istemal edirlər. Bu sözlər türk sözləri isədə bizim üçün yabançıdır və əvəzlərində başqa türk sözlərimiz də var. Məsələn:"sırt"-çiyin, "erkək"-kişi. "ərkək" sözü Azərbaycantürkü təsəvvüründə heyvaniyyəti təşkil edən bir sözdür" və s. məqamlaratoxunaraq həyəcan təbili çalırdı. Göründüyü kimi Ə.Haqverdiyev Azərbaycandilini osmanlılaşdıranlara qarşı mübarizənin ön cərgəsində dayanır və bu dili"osmanlı dilinin pozuq şivəsi" hesab edənlərə və onu hər cür yersizalınmalarla korlamağa çalışanlara qarşı tutarlı faktlarla cavab verir.

(ardı gələn sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.