“Azərbaycan-Ermənistan Yekun sülh müqaviləsi bu il imzalanması gözlənilmir”
“Bu ilin axırına kimi Azərbaycanla Ermənistan arasında Yekun sülh müqaviləsi bağlanmayacaq. Buna baxmayaraq iki ölkə arasında paraflanmış sülh müqaviləsinə uyğun olaraq normallaşma prosesi davam edəcək. İki ölkə arasında iqtisadi əlaqələrin müxtəlif sahələri əhatə etməsi üçün yeni sazişlər imzalanacaq. Ermənistanda yeni konustitusiyanın mətni bu ilin axırında ictimaiyyətə elan ediləcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, növbəti il konustitusiya referendumu keçirilməsi gözlənilir:
“Azərbaycanla Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində siyasi dialoq və əlaqələr davam edir. Ermənistan Baş naziri Rusiya bağlı revanşist müxalifətin liderləri Robert Koçaryanı və S. Karapetyanı tam neytrallaşdıracaq. Ermənistanda yeni siyasi mərhələyənin başlanması gözlənilir. Azərbaycan prosesi yaxından izləyir. Ermənistana hərhansı bir siyasi təzyiq gözlənilmir. N. Paşinyan konustitusiyanı öz siyasi maraqları kontekstdə dəyişməsində maraqlıdır. Ümumiyyətlə, hazırkı Ermənistan hakimiyyəti tam siyasi reallıqları qəbul edib. Azərbaycanın anklav kəndlərini geri qaytaracaq. Cənab prezident İlham Əliyev Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı siyasəti praqmatik və yüksək səviyyədə həyata keçirir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Iyul 2026 11:22
"Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından idi"
13 Iyul 2026 11:17
Parlamentin növbəti iclası başladı
13 Iyul 2026 11:11
"Bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır" - Prezident
13 Iyul 2026 10:56
"Trampla əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var" - Prezident
13 Iyul 2026 10:30
"O qədər də böyük İslam həmrəyliyi görmürük" - Prezident
13 Iyul 2026 10:22
"Azərbaycan orta gücə çevrilir" - Dövlət başçısı
13 Iyul 2026 10:21
"Azərbaycan-ABŞ münasibətləri pik səviyyəsindədir" - İlham Əliyev
13 Iyul 2026 10:20


Bakı -°C

