“Tərəflər arasında yeni danışıqların baş tutması mümkündür...”
“ABŞ və İran arasında Cenevrədə danışıqlar davam edir. Danışıqlar iki mərhələdə davam edəcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Pakistanın Baş nazirinin iştirakı ilə aparılan danışıqlarda ABŞ vitse-prezidenti D.Vens İranı parlamentin sədri M.Qalibaf və Xarici işlər naziri A.Araqçi təmsil edir. Bu danışıqlarda müsbət irəliləyişlərin olması istisna deyil. İran Hörmüz boğazını bağlayıb. Görünür, diplomatik masada üstünlük qazanmağa çalışır. Livan cəbhəsində nisbi sakitlikdir. Tərəflər arasında yeni danışıqların baş tutması mümkündür. Cenevrə danışıqlarında müsbət irəliləyişlər olması mümkündür”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

