adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2026 09:26
72
SİYASƏT
A- A+

“ABŞ və İsrailin İran hücumu nəyisə dəyişməyəcək”

“İsrailin Baş naziri Benyamin Netanyahu İranla ABŞ arasında danışıqlar prosesini pozmağa nail oldu. Netanyahunun istəyi müharibəni davam etdirməkdir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Danışıqlar prosesi dalana dirənib. SEPAH-da ABŞ ilə müqavilədə kaputilyasiyanı qəbul etmirdi. İsrailin Livanda Hizbullaha qarşı son dağıdıcı hücumuna cavab olaraq İran İsrailə raket atışları həyata keçirir. İran özünə arxayındır və raket ehtiyatlarını bərpa edib. Xalq da İsrailə hücumunu alqışlayır. ABŞ və İsrailin İran hücumu nəyisə dəyişməyəcək. Zərər çəkən İsrail və körfəz ölkələri olacaq. İran da böyük zərbə alıb”.

Vasif ƏLİHÜSEYN