"Rayonlarda mənfi urbanizasiya prosesləri gedir" - Deputat
Azərbayacanın rayonlarında mənfi urbanizasiya prosesləri gedir.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Ziyad Səmədzadə deyib.
"İstəməzdim ki, dövlətimin, vətənimin iqtisadiyyatına xarici ekspertlər rəy versinlər. Xarici ekspertlər heç vaxt Azərbaycanın milli iqtisadiyyatının inkişafında maraqlı olmayıb", - deyə deputat bildirib.
Z.Səmədzadə qeyd edib ki, respublikada istehsal edilən ümumi daxili məhsulun cəmi 12 %-i regionların payına düşür: “Böyük potensiala malik olan, əhalinin yarısının regionlarda yaşadığı vəziyyətdə 12 % çox aşağı rəqəmdir. Rayonlarda mənfi urbanizasiya prosesləri gedir. Ona görə iqtisadi strukturlar fikirləşməlidirlər ki, urbanizasiya proseslərini necə saxlamaq olar. Əgər bütün rayonlar öz dotasiyalarını özlərini həll edirsə, nəyin hesabına gəlir əldə edirlər? Axı rayonlarda müəssisə yoxdur. Mənfi urbanizasiya ağır məsələdir”.
Digər Xəbərlər
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 16:01
Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
24 Iyul 2026 12:03


Bakı -°C

