"Putin və ətrafı bir müddətdir Nikol Paşinyanı..."
"Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasını parlament seçkilərində qələbəsi münasibətilə ilk təbrik edən liderlərdən olub".
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, bu təbrik Tokayevin həm də Kremlə mesajıdır:
"Rusiya Prezidenti Vladimir Putin və onu ətrafı bir müddətdir Nikol Paşinyanı “Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxararıq” açıqlamasıyla hədələyirlər. Rusiya rəsmiləri bu hədəni səsləndirərkən, İttifaqın digər üzvlərinin, o cümlədən Qazaxıstanın rəyini nəzərə almırlar. Halbuki, Qazaxıstanın heç bir rəsmisi Paşinyanın ünvanına “Ermənistan Avropa İttifaqı ilə interqasiya siyasətindən imtina etməsə Avrasiya İqtisadi İttifaqından çıxarılacaq” açıqlamasını səsləndirməyib. Putin Paşinyanı hələ təbrik etməyib, əksinə Rusiya rəsmiləri seçkidə pozuntular barədə müxtəlif iddialar irəli sürüblər. Tokayev isə bunların fonunda Paşinyanı təbrik etməklə yanaşı ona Ermənistanın uzunmüddətli milli maraqları naminə işində uğurlar arzulayıb".
Vasif
Digər Xəbərlər
22 Iyul 2026 20:24
Dünya mediası Prezidentin Almaniya səfərindən yazır - FOTOLAR
22 Iyul 2026 19:38
Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi haqqında Saziş imzaladı - FOTOLAR
22 Iyul 2026 17:28
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
22 Iyul 2026 16:04
Prezident Fərman imzaladı
22 Iyul 2026 13:15
“Ordumuzu, vətənimizi ələ salan biri indi çox rahatca deyir ki...”
22 Iyul 2026 11:46
"Mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - Hikmət Hacıyev
22 Iyul 2026 08:31
“Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur”
21 Iyul 2026 22:28


Bakı -°C

