“Azərbaycan idmanda, siyasət və iqtisadiyyatda da güclənir...”
“Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib. Azərbaycan Prezidentinin çıxışında diqqəti çəkən məqamlardan bir də, Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizliyin müşahidə olunmasıdır.Təəssüf ki, ikili yanaşma yalnız idmanda deyil, eləcə də siyasətdə də müşahidə olunur”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Avropa Parlamentində müzakirəyə çıxarılmış “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir:
“Yəni, Qərbdə bəzi dairələr hər imkanda Azərbaycana qarşı qərəzlərini nümayiş etdirməyə çalışırlar.Təbii ki, Avropada Azərbaycanın dostları da az deyil. Ölkəmizə olan son yüksək səviyyəli səfərlər bunu bir daha təsdiq edir. Amma qitənin enerji təhlükəsizliyində xüsusi paya malik olan, son illər TAP kəməri vasitəsi ilə Avropaya 57 milyard kub metrdən çox qaz nəql edən Azərbaycana qarşı bir sıra dairələrin qərəzli və ikili standardlara əsaslanan yanaşması təəssüf ki, bitmək bilmir. Bütün bunlara baxmayaraq, Azərbaycan idmanda, siyasət və iqtisadiyyatda da güclənir, öz inkişaf yolunu müəyyənləşdirir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 May 2026 17:51
Xarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar
01 May 2026 17:18
Hikmət Hacıyev: Avropa Parlamentinin qəbul etdiyi qərarların...
01 May 2026 16:05
"Azərbaycan regionda sülhə can atır" - Hikmət Hacıyev
01 May 2026 16:04
"Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub" - Prezidentin köməkçisi
01 May 2026 15:04
Türkiyə səfiri: Qarabağın bərpasının çox sürətlə aparılmasından sevinirik
01 May 2026 14:33
Qərəzin əsl səbəbləri cəmiyyətimizə artıq məlumdu
01 May 2026 12:42
Hicran Hüseynova: Uşaqların maraqlı maksimum nəzərə alınmalıdır
01 May 2026 12:27


Bakı -°C

