“Dezinformasiya siyasətinə qarşı mübarizə hər bir fərdin məsuliyyətidir”
Davos İqtisadi Forumundan əvvəl açıqlanan 2026-cı il üçün qlobal risklər hesabatında əsas təhlükə yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklərin artması ilə bağlıdır. Görünən budur ki, növbəti iki ildə qeyri-sabitlik proqnozlaşdırılır. Belə ki, geoiqtisadi rəqabət və iqtisadi silahlanma, dövlətlərarası münaqişələr, regional qeyri-sabitlik, beynəlxalq əməkdaşlığın zəifləməsi, texnologiya-əsaslı risklər,iqtisadi qeyri-sabitlik qlobal problemlər sırasında olacaq.
Feyk xəbərlər və dezinformasiya ikiillik proqnozda ikinci yerdədir.Ölkəmiz üçün 2026-cı il hesabatında da yer alan əsas risklər kibertəhlükəsizlik, yanlış məlumat və dezinformasiyadır.Azərbaycan əslində uzun illərdir məqsədli dezinformasiya kampaniyalarının hədəfidir. 30 ilə yaxın davam edən işğal dövründə olduğu kimi, post-münaqişə dövründə də bu çirkin kampaniya davam edir. Mütəmadi olaraq insan hüquqları və demokratiya bəhanəsilə ölkəmizə qarşı qara piar kampaniyası aparılır. Məqsədli şəkildə ölkəmizə qarşı faktların təhrif edilməsi, sosial şəbəkələrdə troll şəbəkələrinin aktivləşməsi, xarici mediada qərəzli məqalələrin yayılması kimi vasitələrə əl atılır. Təəssüf ki, bu prosesdə antimilli ünsürlərdən alət kimi istifadə olunur. Ölkə hüdudlarından kənarda “bloger” adı altında fəaliyyət göstərən milli satqınlar kommersiya maraqları naminə dövlətçilik maraqlarını qurban verirlər. Ümumiyyətlə, xarici qərəzli mərkəzlər üçün antimilli qüvvələr ən rahat alətdir. Onlardan mütəmadi şəkildə bu və ya digər formada maşa kimi istifadə olunur.
Bu cür dezinformasiya Azərbaycanın beynəlxalq nüfuzuna və milli maraqlarına zərər vurmağı hədəfləyir.
Ölkəmizi hədəf alan dezinformasiya siyasətinə qarşı mübarizə zəruridir. Bu, ilk növbədə milli təhlükəsizliyin qorunması üçün vacibdir. Beynəlxalq ictimaiyyətə obyektiv həqiqətlərin çatdırılması təmin olunmalıdır.
Burada media savadlılığının artırılması, beynəlxalq media və platformalarla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Dezinformasiya XXI əsrin ən təhlükəli “silah”larından biridir. Ona qarşı mübarizə yalnız dövlətin deyil, medianın, vətəndaş cəmiyyətinin və hər bir fərdin məsuliyyətidir.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08


Bakı -°C

