Azərbaycan hərbçiləri Qəzzaya göndərilə bilər –Politoloq açıqladı

“Ağ Ev Azərbaycanın Qəzzada beynəlxalq qüvvələrin tərkibində təmsil olunmasını istəyir. Pentaqon həm İsrail, həm də Fələstinlə yaxşı münasibətlərə malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Qəzzaya hərbçilərinin göndərməsinin tərəfdarıdır. Donald Tramp administrasiyasının Azərbaycan Prezidenti İlham Əliyevi Misirdəki sammitə dəvət etməsi də buna dəlalət edir. Azərbaycan hərbçilərinin beynəlxalq qüvvələrin tərkibində Kosovo, İraq və Əfqanıstanda fəaliyyət təcrübəsi var”.
Adalet.az xəbər verir ki, bunu politloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, ancaq Qəzzada vəziyyət daha mürəkkəbdir:
“Digər tərəfdən beynəlxalq qüvvələrin Qəzzadakı rolunun nədən ibarət olacağı hələ müəyyənləşməyib. HƏMAS tərksilah olunmasa, bölgədə gərginlik yenə artacaq. Bunu ABŞ Prezidenti Donald Trampın və İsrailin baş naziri Benyamin Netanyahunun son açıqlamaları da sübut edir. Tramp CNN kanalına müsahibəsində deyib ki, HƏMAS hərəkatı Amerika Prezidentinin sülh planının şərtlərinə əməl etməsə, o İsrail ordusunun Qəzza küçələrinə qayıtmasına icazə verəcək”.
Politoloq bildirib ki, bu açıqlama İsrail rəsmilərinin HƏMAS-ın ünvanına daha sərt açqlamalarına yol açıb:
“İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, HƏMAS hərəkatı tərksilah etməkdən imtina edərsə, İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək. İsrailin baş naziri Binyamin Netanyahu isə daha sərt bəyanat verərək bildirib ki, ölkəsi HƏMAS-a qarşı mübarizəni hələ başa çatdırmayıb və məqsəd terror təşkilatını tamamilə məhv etməkdir. Yəni Qəzzada atəşkəsə riayət olunsa da, İsrail HƏMAS-ın varlığına seyrçi qalmayacaq. HƏMAS isə tərksilah olunmağa hazır deyil. Belə bir vəziyyətdə Qəzzadakı beynəlxalq qüvvələr atəşin mərkəzində qala bilərlər. Bu mənada beynəlxalq qüvvələrin Qəzzada fəaliyyətə başlaması HƏMAS qruplaşmasının tərksilahından asılı olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

İcra başçısı müavinləri ilə bağlı yeni qayda müəyyənləşir

"Siyavuş Novruzov Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq bir cümlə deyib tarix yazardı" - Deputat

"Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır" - Deputat həmkarına irad bildirdi

Milli Məclis BƏƏ ilə sazişi ratifikasiya etdi

“Hər il keçirilən şəhər günü Füzulinin yeni, inkişaf edən simasının təqdimatıdır”

Azərbaycan və Özbəkistan arasında memorandum imzalanıb
