"Siyavuş Novruzov Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq bir cümlə deyib tarix yazardı" - Deputat

"Buna cavab verməsəm olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tənzilə Rüstəmxanlı deyib.
“7 mart 1991-ci ildə müstəqilliyin bərpa olunması ilə bağlı referendumun keçirilməsi ilə bağlı idi. Deputatların cəmi 43, içində də Heydər Əliyevin təmsil olunması ilə əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Məni yalnış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim. "Çox istərdim ki, o dövlət çevrilişində əli olan, Azərbaycan dövlətinin ən yüksək məqamlarını işğal etmiş Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq Siyavuş Novruzov bir cümlə deyib tarix yazardı".
Spiker Sahibə Qafarova bildirib: "Mən ona görə dedim ki, Siyavuş müəllim, bəzi məsələləri ayrıca danışarıq. Sabah bayram günüdür, bu gün bayram təbrikləri ilə iclasa başladıq. Düşünürəm ki, bu söhbətlərin yeri deyil. Yenə təkrar edirəm, öncədən Siyavuş müəllimə dedim ki, bəzi məsələləri sizinlə danışacam".
Digər Xəbərlər

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

İcra başçısı müavinləri ilə bağlı yeni qayda müəyyənləşir

"Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır" - Deputat həmkarına irad bildirdi

Milli Məclis BƏƏ ilə sazişi ratifikasiya etdi

“Hər il keçirilən şəhər günü Füzulinin yeni, inkişaf edən simasının təqdimatıdır”

Azərbaycan və Özbəkistan arasında memorandum imzalanıb

"Azərbaycan xalqı bu xəyanəti bağışlamayacaq" - Deputat
