DYP yük avtomobili sürücülərinə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə müraciət edərək bildirir ki, iri qabarit, yüksək çəki və uzun tormoz məsafəsi bu nəqliyyat vasitələrinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi qəza riskini dəfələrlə artırır.
Baş Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a verilən məlumata görə, sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyyəti və daşınan yükün ağırlığı nəzərə alınmalı, qəfil yaranan vəziyyətlərdə vaxtında reaksiya vermək üçün təhlükəsiz məsafə qorunmalıdır. Zolaq dəyişmə, dönmə və digər manevrlər yalnız kifayət qədər yer və vaxt təmin edildikdən sonra icra olunmalıdır.
Yol kənarında dayanma yalnız qanunvericiliklə müəyyən edilmiş yerlərdə həyata keçirilməli, görünüş sahəsini məhdudlaşdıran, hərəkət zolaqlarını daraldan və qəza riskini artıran hallara yol verilməməlidir.
Fasiləsiz hərəkətin uzun müddət davam etməsi sürücünün diqqətini və reaksiya qabiliyyətini azaldır. Bu səbəbdən vaxtaşırı dayanaraq istirahət etmək, səhhətində problem olduğu halda sükan arxasına keçməkdən imtina etmək hər bir sürücünün borcudur.
Unutmayın! Qaydalara riayət olunması yol hərəkətində iştirak edən bütün şəxslərin həyat və sağlamlığının qorunması üçün zəruridir.
Digər Xəbərlər
15 Aprel 2026 19:50
Hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadıldı
15 Aprel 2026 17:50
Baş nazirdən Xəzərlə bağlı QƏRAR
15 Aprel 2026 17:24
Azər Mursaqulov Statistika Şurasının sədri oldu
15 Aprel 2026 16:59
İlhamiyyə Rza xəbər aparıcılarını tənqid etdi
15 Aprel 2026 16:10
Rusiya AZAL-ın təyyarə qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək
15 Aprel 2026 16:02
Azərbaycanın döyüş təyyarələri “Anadolu Ankası – 2026” təlimində - VİDEO
15 Aprel 2026 15:34
"Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir
15 Aprel 2026 15:13


Bakı -°C

