DYP sürücülərə xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Bu barədə Adalet.az-a idarədən məlumat verilib.
Bildirilib ki, hazırda paytaxtda və ölkə ərazisinin bəzi bölgələrində müşahidə olunan qatı duman avtomobil yollarında görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır:
"Görünüş məsafəsinin azalması sürücülərin yol şəraitini düzgün qiymətləndirməsinə mane olur ki, bu da bir anlıq diqqətsizlik nəticəsində ağır və arzuolunmaz hadisələrə səbəb ola bilər".
Bu baxımdan Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarının diqqətinə çatdırır ki, dumanlı hava şəraitində sürət həddinin azaldılması, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsinin saxlanılması, işıq cihazlarından yalnız təyinatına uyğun istifadə edilməsi, qəfil dayanma və təhlükəli manevrlərdən çəkinilməsi, eləcə də ötmə əməliyyatlarının yalnız icazə verilən yerlərdə və təhlükəsiz şəraitdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir:
"Piyadalara isə xatırladılır ki, yolu yalnız görünən və icazə verilən yerlərdən keçməli, yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin olmadığından və ya sürücülərin onlara yol vermək üçün tam dayandığından əmin olmalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, qatı duman şəraitində yol hərəkəti qaydalarına ciddi əməl olunması hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Unutmayaq ki, yollarda diqqətli, ehtiyatlı və məsuliyyətli davranış yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının əsas şərtidir".
Digər Xəbərlər
08 Yanvar 2026 19:09
Sahil Babayevə müavin TƏYİN OLUNDU - FOTO
08 Yanvar 2026 18:30
Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq
08 Yanvar 2026 13:26
Məişət zorakılığından zərərçəkənlər mühafizə orderi üçün ərizəyə görə rüsum ödəməyəcək
08 Yanvar 2026 12:38
"Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər" - Razi Nurullayev
08 Yanvar 2026 12:35
Prezident açılışda çıxış etdi - Tam mətn + FOTOLAR/YENİLƏNİB
08 Yanvar 2026 11:46
İrəvan Azərbaycanla bağlı bu məlumatı təsdiqlədi
08 Yanvar 2026 10:44
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edildi
08 Yanvar 2026 10:40


Bakı -°C

