DYP radarlarla bağlı müraciət yaydı
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) radarlarla bağlı hərəkət iştirakçılarına müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
“Yol hərəkəti — bu, sadəcə nəqliyyat vasitəsinin bir nöqtədən digərinə hərəkəti deyil. Dünyada hər gün milyonlarla insanın qarşılıqlı anlaşma, məsuliyyət və diqqətlə birgə hərəkət etdiyi mürəkkəb və canlı bir sistemdir. Bu sistemin əsas qayğısı isə təhlükəsizlikdir.
Məhz bu təhlükəsizliyin təmin olunmasında radar sistemləri xüsusi yer tutur. Radar — sadəcə bir texniki qurğu deyil. O, qanuna, qaydalara və insan həyatlarının qorunmasına xidmət edən texniki vasitədir. Radar yollarda nəzarəti gücləndirməklə yanaşı, bizə öz məsuliyyətimizi xatırladır. Hər dəfə radarın yaxınlığından keçərkən biz bir anlıq da olsa düşünürük: “Nəqliyyat vasitəni yüksək sürətlə sürsək nə qazanırıq? – cərimə, təhlükəli anlar, həyəcan və ağır qəzalar”.
Müşahidələr göstərir ki, radar olan ərazilərdə yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalır. Sürət həddinə nəzarət etməklə radar potensial faciələrin qarşısını alır. Bu, bizim üçün sadəcə bir cihaz deyil — yol təhlükəsizliyinə tövhədir.
Radar - bizim tərəfdaşımızdır, həm də sizin yol yoldaşınızdır. Onun varlığı yolda intizam yaradır, yetər ki riayət edək”.
Digər Xəbərlər
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34
“Vətəndaş avtomobili alır, ondan sonra yollarda maşın sürməyi öyrənməyə başlayır”
23 Mart 2026 09:33


Bakı -°C

