DYP Ağdamda reyd keçirib
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonun avtomobil yollarında növbəti belə tədbir keçiriblər.
Avqustun 5-də keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə bir neçə sürücü saxlanılaraq barələrində protokollar tərtib edilib. Həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, içkili şəkildə avtomobil idarə edən və qəbul olunmuş qaydalara riayət etməyən yük avtomobillərinin sürücüləri saxlanılaraq barələrində inzibati tədbir görülüb.
Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48