adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Dekabr 2016 14:25
87499
MÜSAHİBƏ

“Düzü, bu sənət də etibarsızdı” - MÜSAHİBƏ

Azərbaycanın tanınmış akrtisalarından biri dəSonaxanım Əlieyvadır. Əmək fəaliyyətinə 1998-2006-cı illər aralığında İlhamMiniatyur Teatrında başlayıb. Bu illər ərzində "Bəxtimin kələyi","Qulaq", "Yorğan", "Dünyanın axırı", "Müasirtoy", "Şifonerdə eşq-məhəbbət" və digər tamaşalarda yaratdığırollarla yadda qalıb.

Kinoda ilk sınağı 1995-ci ilə təsadüf edir. O zaman universitetin I kurstələbəsi olan Sonaxanım Əliyeva Rövşən Məmmədovun quruluçşu rejissoru olduğu"Kiçik Leytenant" qısametrajlı filmində spesifik epizodik rolu özünəməxsusgözəlliklə yarada bilib.

Adalet.az aktrisa Sonaxanım Əliyeva ilə müsahibəni təqdim edir:


- Sənət həyatınıza İlham Miniatyur Teatrındabaşlamısınız. Yaddaşınızda həkk olunan nələr var?

- Çox şükür edirəm ki, məhz bu teatrda ilk addımlarımabaşlamışan. O teatrda səmimilik, mehribançılıq gördüm və indiyə kimi bumehribançılıq, isti münasibət, səmimiyyət qalıb bizim İlham Miniatyur teatrınınaktyorları arasında.


 - Sizə uğur gətirən "Pərvanələrinrəqsi” serialında hansı səhnələrdə çətinlik yaşadınız?

 - Düzü "Pərvanələrin rəqsi”ndən əvvəl çəkildiyim bir çox filmlər olub, amma doğru dedinizki, mənə ilk uğur gətirən "Pərvanələrin rəqsi”ndə, Afət obrazı olub. RejissorRövşən İsaxla işləmək çox rahatdır, səhnənin hər bir yerini elə dəqiqliklə başasalır ki, aktyorlara onu oynamamaq günah olar. Bir dəfə unutmaram toy məclisindən,çəkiliş meydançasına gəldim. Gecə saat bir, özüm də çox yorğun idim. Ağır səhnədəçəkilməli idim; qızımın oğurlanıb tapılandan sonra kimin onu oğurladığını vəqisas almağımın səhnəsi çəkilməli idi. Çox çətin olsa da həmin an əzablı vəqisas alan ananın hisslərini yaşamaq, amma yenə də özümü ələ alıb, bütüngücümü, hisslərimi, fikirlərimi toplayıb bu səhnəni oynadım.


 - İlk səhnəhəyəcanınızı necə xatırlayırsınız?

 - İlk teatra gələndə məniartıq səhnədə oynanılan "Qulaq”tamaşasına daxil etdilər. Əlbəttə həyəcan çox idi. Ən azından 1 həftəyəhazırlaşmışdım, sonrası məsuliyyət ki, görəsən necə alınacaq, görəsən məndənəvvəl "ağ ciyər” obrazı yaradan aktrisadan yaxşı oynaya biləcəm ya yox?! Bir oyadımdaır ki, pərdə arxasında dayandığım zaman ürəyimin döyüntülərini eşidirdim.Nəfəsim daralırdı, bunlara baxmayaraq səhnəyə çıxdığım zaman hər şeyi unudubyalnız rolumu oynadım və elə bildim ki, bir nəfəsə oynadım.


 - İfa etdiyinizhansısa bir obrazın təsirinə düşmüsünüz?

 - Bəli, düşmüşəm. Heç yadımdan çıxmaz, Gənc TamaşaçılarTeatrında işləyəndə "Pəri cadu” tamaşası hazırlanırdı, quruluşçu rejissor NicatKazımov idi. O tamaşada Hafizə obrazını canlandırmışam. Hər məşqdən sonra özümüçox pis hiss edirdim, sanki ağır bir aura öz ağuşuna alırdı məni. Nə gülmək, nədanışmaq istəmirdim. Bu nə sirr idi, özüm də bilmirəm. Sadəcə bir neçə saatözümü bədbin hiss edirdim.


 - Teatrlabağlı heç unuda bilməyəcəyiniz an və ya anlar varmı?

 - Teatrla bağlı unudulmaz anlarımçoxdu. Məsələn, maraqlı qastrol səfərlərimiz, tamaşa zamanı gülməli hadisələr və.s.Deməli, "Qulaq” tamaşasını oynayırıq, səhnədə bir yataq var, bir də biz üçaktrisa. Hərəmiz bir obrazdayıq. Biri Böyrək, biri Qara ciyər, biri də mən Ağciyər. Böyrək oturdu yatağa, arxasınca mən, üçüncü isə Qara ciyər gəlib yatağaoturanda hiss etdim ki, yataq yavaş-yavaş bir tərəfli yerə enir, bir də baxıbgördüm ki, yatağın bir tərəfi tam çöküb, o biri tərəfi isə dik qalıb və o dikqalan tərəfdə Böyrəyi oynayan aktrisamız qalıb düşə bilmir. (gülür) Çox gülməlisəhnə idi.


  - Uşaqlığınızdesək, sizi harada görərik?

 - Uşaqlığım Bakıda keçib. İndi ki, Prezident aparatınınməhəlləsində. Çox gözəl və qayğısız bir uşaqlığım olub.


 - Qadın,yoxsa aktrisa. Hansı çətindir?

 - Məncə hər ikisi çətindir. Həmaktrisa, həm qadın, hər ikisi bir qadında cəmləşəndə çox çətin olur. Qadın kimiöz xoşbəxtliyini tapa bilmirsən, aktrisa kimi də bəzən istədiyim rolu vermirləroynayasan.


 - Şou-biznesdəmüğənnilər arasında bir-birinə "quyu qazanlar”, "ayağını çəkənlər”, arxasıncadanışanlar var. Bu aktrisalar arasında da var?

 - Bu dedi-qodu var haa, hər yanda var və təbii ki,aktrisaların arasında da olur. Gözü götürməmək, ayaq altını qazmaq, arxancadanışmaq və.s. Ona görə də çalışıram belə məsələlərdən uzaq olum. Sənətdə ənyaxşısı, hamı ilə gözəl münasibətdə olmaqdır. Ümumiyyətlə paxıllıqdan,pislikdən uzaq olmaq və gördüm=görmədim, eşitdim-eşitmədim, bildim-bilmədim,budur mənim fikrim..


 - Azərbaycandafilmlərini, seriallarını izləyirsiniz?

 - Bəli, izləyirəm. Ən çox xoşladığım bizim retrofilmlərdi və təbii ki, indi çəkilən serialları da izləyirəm. Həm rejissor işinəbaxmaq üçün, həm də aktyorların oyun tərzinə.


 - Seçimqarşısında qalsaydınız, ailə yoxsa incəsənət?

 - Bir dəfə ailəm dağılıb və artıq ailəyə etibar etmirəm.Düzü, bu sənət də etibarsızdı. Bu gün gündəmdəsən səni yada salərlar, sabahtəlabat olmadığı vaxtda unudulursan. Amma nə etmək olar, bu sənət qanıma, canımahopub. Özümü səhnəsiz tetəsəvvür edə bilmirəm.


 - Freydəgörə xatirələr insana əzab verir. Xatirələrinizdən xilas olmaq istərdiniz?

 - Xeyir, əksinə xatirələr insana keçmişini unutmağaimkan vermir. Keçmişini unutmayan insan isə gələcəkdə səhvlərə yol vermir.


 - Sizində deyəsən, ən qorxduğunuz şey xəyanətdir...

 - Dahaqorxmuram. Qorxmaqdan keçib. Belə düşünürəm ki, xəyanətləri bağışlamaq olmaz.Çünki xəyanət edən insan, yenə xəyanət edəcək, bir aldadan insan, bir dəaldadacaq.


 - Son olaraq, teatr, aktyorluq sahəsində sizi nələrnarahat edir?

 - Məni narahat edən odur ki, nədənsə çoxları düşünür ki,heç bir incəsənət savadım olmdan mən də aktyor, aktrisa olum və bəzən eləinsanları biz aktyorların sırasında görürəm. Bu hallar məni düşündürür. Niyəonda biz İncəsənət Universitetini bitirmişik?