Düşməni lərzəyə salan yeni silahımız - “Predator Hawk” ilk dəfə təqdim olundu
Bakıda 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbənin beşinci ildönümünə həsr olunmuş Zəfər Paradı zamanı Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən "Predator Hawk" əməliyyat-taktiki raketləri ilk dəfə ictimaiyyətə təqdim olunub.
Adalet.az xəbər verir ki, raketin silahlanmaya qəbul edilməsi daha əvvəl açıqlanmayıb.
İsrailin "Elbit Systems" şirkəti tərəfindən istehsal olunan "Predator Hawk" raketləri 50-300 kilometr məsafədəki hədəfləri dəqiqliklə vurmaq üçün nəzərdə tutulub. Raketin hədəfdən yayınma ehtimalı 10 metrdən azdır, bu da onu yüksək dəqiqlikli zərbə vasitəsinə çevirir.
Sistem 140 kq-lıq döyüş başlığı ilə təchiz olunub və komanda mərkəzləri, rabitə qovşaqları, logistika obyektləri, körpülər, qərargahlar, radioelektron mübarizə və radiolokasiya stansiyaları kimi strateji hədəfləri məhv edə bilir.
Raket səssürətli (supersonik) texnologiya ilə işləyir və 300 km məsafəni təxminən 8 dəqiqəyə qət edə bilir. Bu göstərici onu hava hücum vasitələri səviyyəsində dəqiqlik və sürətlə təmin edir.
Qeyd edək ki, Azərbaycan artıq 10 ildən çoxdur ki, "Elbit Systems" şirkətinin müştərisidir. Təxminən 10 il əvvəl ölkəmiz şirkətdən EXTRA tipli 200 km məsafəli raketlər almışdı.
Sonradan LORA (400 km məsafəli) raketləri də ordunun arsenalına daxil edilmişdi.
Hər iki sistem 44 günlük Vətən müharibəsində uğurla tətbiq olunub./Modern.az
Digər Xəbərlər
11 Mart 2026 17:58
Əli Əsədov daha bir qərar imzaladı
11 Mart 2026 16:21
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin qaydaları təsdiqləndi
11 Mart 2026 14:36
AQTA: Gələcəkdə bütün xidmətlər vahid elektron platforma ilə göstəriləcək
11 Mart 2026 13:38
“Vətən qoruyucuları” cildində üzərimə hücum çəkiblər! - Elxan Şükürlü yazır
11 Mart 2026 13:32
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - QƏRAR
11 Mart 2026 12:25
"Kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm" - Komitə sədri
11 Mart 2026 11:31
“AzerGold” QSC-də “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarla görüş keçirilib
11 Mart 2026 09:36


Bakı -°C

