Düşmən Xocavənd, Ağdam və Daşkəsəni ATƏŞƏ TUTDU
Noyabrın 26-sı saat 00:05-dən 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, saat 09:25-dən 10:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Digər Xəbərlər
29 Mart 2026 18:15
Daha 278 nəfər təhlükəsiz əraziyə təxliyə edildi - VİDEO
29 Mart 2026 17:34
Rasim Balayevlə vida mərasiminin YERİ VƏ VAXTI
28 Mart 2026 23:49
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO + YENİLƏNİB
28 Mart 2026 15:31


Bakı -°C

