“Hörmüz boğazı faktoru İranın mövqeyini gücləndirir...”
“İki ən güclü kart - Hörmüz boğazı və Şimal Axını (Nord Stream) qaz boru kəmərləri. Necə ki, Hörmüz boğazı faktoru İranın mövqeyini bu gün gücləndirir, 2022-ci ildə “Şimal Axını” qaz boru kəməri də Rusiyanın əlini ən gücləndirən silah idi. Çünki, bu boru kəməri bizim TAP-dan 10 dəfə çox, yəni 110 milyard kubmetr qaz ötürmək gücünə malik idi”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, Avropa və əsas da Almaniya üçün həyati əhəmiyyət kəsb edirdi:
“Amma nə baş verdi? Dünyanın ən böyük Qaz Boru Kəməri olan Şimal Axını boru kəməri Baltik dənizin dibində 2022-ci ilin sentybr ayında partladılaraq sıradan çıxarıldı. Bu günə qədər hələ də bunun necə baş verməsi barədə isbatlanmış fikir yoxdur. Almaniyanın təşviqi ilə Rusiyadan Almaniya uzananan bu kəmər Angela Merkelin ən böyük strateji səhvi kimi tarixə düşdü. Hörmüz boğazı kartının neyrallaşdırılması isə partlayışla yox, keçiddə təhlükəsizliyin təmin edilməsilə mümkündür. Bu isə hazırda daha çətindir. (Şəkillərdən biri boru kəmərinin trayektoriyası, digəri onun insan boyu ilə ölçü müqayisəsi, üçüncüsu isə dənizin dibində partladılmış formasıdır)”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Mart 2026 13:36
Xameneinin vida mərasimini yenə təxirə salındı
11 Mart 2026 12:23
"Düşmən kimi davranacağıq" - İranın Polis rəisi xalqı hədələdi
11 Mart 2026 11:43
ABŞ-nin hərbi bazalarını vurmağa davam edəcəyik - Pezeşkian
11 Mart 2026 11:32


Bakı -°C

