adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Iyul 2019 13:08
15314
ƏDƏBİYYAT

DÜŞMƏNƏ XİDMƏT EDƏNLƏR

"Gəlin, öz kürsü davasıvə təxribatlarıyla Qarabağın ermənilərə verilməsinə şərait yaratmışnakişiləri arayaq...”



Songünlər sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən Azərbaycandakıqaçqın və məcburi köçkünlərin ünvanına təhqiramiz ifadələr işlədilir, QərbiAzərbaycandan qaçqınlığın, torpaqlarımızın 20 faizinin işğalının suçu onlarınboynuna yıxılır. Bunun erməni təxribatı olduğunu dəqiq bilməsək də, belə birdavranışı icra edənlərin düşmən dəyirmanına su tökdükləri şəksizdir...

Həttaşərhlərdə bəziləri belə cəfəng fikirlər yazırlar: "Azərbaycanda bərkgedənlər,yaxşıyaşayanlarqaçqınlardır, biz yox...”

Beləçıxır ki, torpaqlarımızın işğal altında qalmasının məsuliyyəti yalnız məcburiköçkünlər daşımalıdır. Gəlin Vətəni bölməyək. İşğal altında olan torpaqlar,Qarabağımız, Şuşamız, Laçınımız, Kəlbəcərimiz... hər bir azərbaycanlınınnamusu, qeyrəti şərəfidir. Torpaqlarımızın erməni əlində qalmasında yalnızqaçqınları qınamaq nadanlıqdır. Çünki onların özlərinin, dədə-babalarının minillərlə yaşadığı o yurdlar ölkədəki hakimiyyət, var-dövlər davası iləuzlaşdırılmış erməni və imperiya planları, təxribat və şayiələr sayəsində işğalolunub. Kimsə hesab edirsə ki, Qarabağ torpaqlarında yaşayanların yerinəAzərbaycanın başqa bir bölgəsinin, şəhərinin əhalisi olsaydı, oyurdlar işğal olunmazdı –yanılır. Odur ki, gəlin, öz kürsü davası vətəxribatlarıyla bu torpaqlarımızın ermənilərə verilməsinə şərait yaratmışnakişiləri axtaraq və xalqın mühakiməsinə çıxaraq...

Bu günlərdə dünyasını dəyişmişmərhum Şirməmməd Hüseynovun hələ 4 il öncə qaçqınlar haqqında söylədiyi birfikrin bəziüzdən iraq soydaşlarımız tərəfindənəldəbayraqetdiyinivə bununla mərhum alimin ruhunu da rahat buraxmadıqlarını əlavə edərəkbildirirəm ki, qaçqın-köçkünlərin qınaq obyektinəçevrilməsi məşhur araşdırmaçı alimimizŞirməmməd Hüseynovun hələ 2015-ci ildə "ANS” verdiyi müsahibə zamanısöylədiyi "1 milyon qaçqının içərisində 100 min kişi yox idi, əlisilahlı?.." fikrinəşərhlərdə ifadə edilib.

Açığı, öncə mən də belə hesab etdim ki,mərhum Şirməmməd müəllim, doğrudan da, qaçqınları qınaq obyektinə çevirib.Lakin sonra alimin açıqlamasını diqqətlə dinlədikdən sonra anladım ki,rəhmətlik Şirməmməd müəllimin qaçqınlar barədə söylədikəri tamam yanlış yozulubvə şərh edilib. Hər kəs həmin müsahibənin video-yazısına baxıb bunun şahidi olabilər...

Belə ki, keçmiş Yuqoslaviyanınparçalanması ərəfəsində yaranmış münaqişələrdən danışan alim Xorvatiyanıntorpaqlarının bir hissəsinin Serbiya tərəfindən işğal edilməsindən və 250 minxorvatın qaçqın düşməsindən bəhs edir. Ş.Hüseynov deyir ki,Xorvatiya liderləri həmin 250 min xorvatdan 40 minlik, qalan işğal edilməmişbölgələrdən isə 60 minlik qoşun yaradaraq toplam 100 minlik ordu vətopladıqları pulla əldə etdikləri 800 tank, 100 təyyarə və s. vasitəsiləcəmi 3 gün ərzində torpaqlarını azad ediblər. Şirməmməd müəllim bu faktıAzərbaycan torpaqlarının işğalı ilə müqayisə edərək ritorik sual verir: "Məgər1 milyon qaçqının içində 100 min kişi yox idi?” və sonda əlavə edir:"Təşkil edən yox idi...” Yəni rəhmətlik demək istəyir ki, torpaqlarınyenicə işğal edildiyi vaxtlarda düzgün təşkil edən olsaydı, biz də bu günədəkQarabağı ermənilərdən azad edə bilərdik...

Rəhmətlik Şirməmməd Hüseynovun bəhs edilənfikirlərinə yanlış şərh verərək qaçqın və köçkünləri təhqir edənlərdən birinində tanınmış aktyor və şoumen Qorxmaz Əlililidir .Məhz onun şərhlərindən sonraməlum müzakirə qızışıb.

Araşdırmamız zamanı xatırladıq ki, Q.Əlilinin şərhidə Şirməmməd müəllimin 2015-ci ilin oktyabrında "ANS”-ə verdiyi sözügedənmüsahibəsindən az sonra yayılıb,və bir neçə gün sonra isə sənətçi bu cürfikirlərinə görə qaçqınlardan üzr istəyib.İndikimlərsə Şirməmməd Hüseynovun vəfatını fürsət bilərək onun qaçqınlar haqdasöylədiklərini və Q.Əlilinin statusunu yenidən "Facebook”da "efirə” buraxıb:

"Qaçqınlara Bakı lazım idi, ona da nail oldular.Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar.Onlardan yalnız iyirmi faizi əsl qaçqınlıq həyatı sürdülər, o da reklama görə.Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulundalına keçdilər, indi bizi bəyənmirlər..."

Bu məntiqsizvə son dərəcədə qüsurlu, əxlaqa zidd düşüncələri əldə bayraq edənlərə üzümü tutubdeyirəm: "İndi "qaçqın” adlanan soydaşlarımız öz yurdlarında yaşayanda onlarınhəyat şəraiti sizinkindən çox yaxşı idi.Sadəcə, tale elə gətirib ki, onlar bugün sizin kimilərə söz yeri olub.Amma unutmayın ki, Vətənin dəyərini,qiymətini sizin kimi varlıqlar heç zaman bilməz. Çünki sizing kimi məxluqlarda milli qürur hissi olmur. Milliqürurunuz olsaydı, belə sözləri dilə gətirməzdiniz. Bilərdiniz ki, qaçqın vəköçkünlərdən ötrü doğma yurdarından əziz, müqəddəs heç nə yoxdur... Qarabağınsakit, dinc dövrlərində Azərbaycanın bütün guşələrindən o torpaqlara dincəlməküçün on minlərlə soydaşımız gəlir, yaylaqlarda, meşələrdə, bulaqlarbaşında istirahət edirdi. Deməli, bəziləri üçün o yerlər yalnız qoynunda kefçəkəndə Vətən idi. İndi isə həmintorpaqların işğal altında qalmasının məsuliyyətini yalnız o bölgədənolanların boynuna qoymaq heç birkişiliyə, mənəviyyat və məntiqə sığmır... Bir daha təkrar edirəm ki,arxalarındakı Rusiyanın, Fransanın hesabına ermənilərin müvəqqəti sahibləndiyio yurdların azad edilməsi məsələsi hansı regiondan olmasından,varlı-kasıblığından, siyasi mənsubiyyətindən asılı olmayaraq hamımızın boynunadüşən namus,qeyrət məsələsidir !

Sonda bird aha vurğulamaq istəyirəm ki, görkəmli ziyalımız, tariximizi araşdıran canlı tarixkimi yaddaşlarımıza həkk olunmuş mərhum professor Şirməmməd Hüseynovunfikirlərini yanlış yozaraq Vətənimizin müxtəlif bölgə sakinlərini üz-üzə qoymaqcəhdi düşmənə xidmət edən birrəzillikdir.Bir vətəndaş və işğal altındakı yurdun sakini olaraq bu cürfikirlərin yayılmasından dərin təəssüf və ikrah hissi keçirdiyimi bildirirəm .

Hörmətlə:

Qarabağ müharibə veteranı ,

məcburiköçkun RamizCəbrayılov .

28iyun2019- cu il.