12 Iyun 2015 13:15
6370
MARAQLI

Dünyanın sirli daşları

Planetimiz tarixi müəmmalarla doludur. O müəmmaları ki, bu günə kimi nə tarixçilər araşdıra biliblər, nə də elm izah edə bilib. Adalet.az bu müəmmalardan bəzilərini təqdim edir:

1. Peru, Saksauyaman adlı əyri tikili. Bu tikilinin daşlarının hörülməsində heç bir yapışdırıcı maddədən istifadə olunmayıb. Amma əsrlər, minilliklər keçməsinə baxmayaraq, tikili olduğu kimi qalır. Hətta daşlar o qədər sıxdır ki, arasına vərəq belə salmaq olmur.

  

2. Boliviya, Günəş Darvazası. Qədim Tiuanaku şəhərində yerləşir. Bu şəhər bizim eranın əvvəlində böyük bir imperiyanın paytaxtı olub. Darvazanın üzərindəki simvol və naxışların mənasının hələ də açmaq mümkün olmayıb. Sadəcə, işarələrin astroloji əhəmiyyət daşıdığı güman olunur.


3. Yaponiya, sualtı Yonaquni şəhəri. Bu sualtı şəhər tarix elmini alt-üst edir. Şəhəri dalğıc Kixaçiro Arataki tapıb. Araşdırmalara görə, zamanla su basmış bu şəhər 10 min il bundan öncə tikilib. Sual yaranır: insanların mağarada yaşayıb, vəhşi heyvanları daş çapacaqlarla ovladığı bir vaxtda simmetrik kompleksləri kim tikib?


4. Kanada, Lans-o-Medouz şəhərciyi. Bu şəhəri vikinqlər 1000 il bundan öncə tikiblər. Yəni, Amerika qitəsini kəşf edən Kolumb o vaxt heç anadan olmamışdı. 


5. Kosta-Rika, Nəhəng daş kürələr. İdeal hamarlığı və iriliyi ilə diqqət çəkən bu daşların, haradan, hansı məqsədə gətirildiyi məlum deyil. İlk dəfə XX əsrin 30-cu illərində Avropaya məlum olub. Yerli əfsanələrə görə, onları içərisində qədim insanlar qızıl gizlədiblər. Amma Avropalılar bu əfsanənin yalan olduğunu üzə çıxardıblar.