adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Fevral 2020 09:55
70229
ŞOU-BİZNES

Dünyanın şou-biznes gündəmi-yarıçılpaq aksiya, ayrılıq dərdi, geyim qalmaqalı...

Hər gün”müqəddəs” şou biznesimizdəolan yeniliklərdən: dodağın, sinəsin, ombasını şişirdən, naməhrəm yerlərini,naməhrəm özəlliklərini ictimaiyyətə sərgiləyən, naməlum kişidən uşaq dünyaya gətiribonu utanmadan reklam edən, konsert, sənət nümayiş etdirməklə deyil, seksualpozaları ilə gündəm olan məşhurlarımızı nəzərinizə çatdırırq. Bu gün vərdişimizə xilafçıxaraq dünya şou-biznesi haqqında məlumatlardanda yazaq ki, özümüzünkülər biraz dincəlsin, nəfəs alsın... İndibaşlayaq dünya turuna...Görək, onlar nə işlə məşğul olur.

. Bar xanım bureaksiyalara nə cavab verəcək...

Deməli, israilli məşhurmodel, 30 yaşlı Bar Refaeli ərə gedir. Həm də biznesmen Adi Ezraya. Cütlüyüntoyu "Carmel Forest Spa Resort” hotelində baş tutub. Bura qədər hər şeynormal!Amma məşhur modelin toyu ilə bağlı İsrail rəsmilərindən bir tələbi isəölkədə geniş müzakirələrə səbəb olub.Yəhudi qardaşları əsəbləşdirən səbəb Barxanımın toyu çəkmək istəyən paparazzilərin qarşısını almaq üçün toyunkeçirildiyi hotelin hava sahəsinin uçuşlara bağlanmasını istəməsi və MülkiAviasiya İdarəsinin bu istəyə müsbət cavab verilməsi olub. Əhali arasında kəskinreaksiya ilə qarşılanan bu cavab hətta İsrailin Nəqliyyat naziri Yisrael Katzıda özündən çıxarıb. O, qərarın ləğvedilməyəcəyi halda Mülki Aviasiya İdarəsi sədrini vəzifədən qovmaqla təhdidedib. Görək, Bar xanım bu reaksiyalara nə cavab verəcək...

Rihanna ayrılığa dözmədi...

Melanxolik,dramatik, etik, poetik şəkildə Səudiyyə Ərəbistanından olan milyardernişanlısı, iş adamı Həsən Cəmillə ayrıldıqdan sonra Rihanna eşq əzablarına dözəbilməyib. ( O dəqiqə hamının ağlına intihar gəlir)

Beləki, 31 yaşlı Barbados gözəli öz yaşıdı,tanınmış repçi ASAP Roki ilə artıq görüşməyə başlayıblar. Deyilənə görə,Nyu-Yorkda xeyriyyə konsertində iştirak edən Rihanna ilə Rokigecənihoteldə keçiriblər.

Yox, nə gözləyirdiniz?Aygün Namiqdənayrılanda sstresə düşdüyü kimi elə bilirsiniz Rihannada "depresyondayım,unutuldum, aldadıldım, sevgilimdən ayrıldım” deyəcək?

Hadisə100 minlirəlik geyim sifarişi verib -Zəlzələ...

Hər zaman libasları ilə müzakirə yaradantürkiyəli müğənni Hadisəni hamımız yaxşı tanıyırıq. "Evrovision” musiqiyarışmasında iştirak edəndə 12 baldaverdik. Sonra Azərbaycan-Ermənistanarasında başlayan 4 günlük Aprel döyüşlərində ikinci dövlətə dəstək nümayişi sərgiləyərəkonların bayrağını əks etdirən geyimi ilə yaddaşımıza köçdü.


İndidə dünyaca məşhur "Versace” brendinə sifariş verərək özəl geyim tikdirir.

Hadisəninlibası, aksessuar və ayaqqabı ilə birlikdə 100 min lirə (28 min 530 manat –red) dəyərində olacaq.

Səhv etmirəmsə, bu yaxınlardaTürkiyənin şərqində baş verən zəlzələ nəticəsində ən azı 35 nəfər ölüb, 1607insan insan xəsarət alıb. Episentri Elazığın Sivrice bölgəsində olan 6,8 bal gücündə zəlzələMalatya bölgəsində də güclü dağıntılar törədib.

RəsmilərElazığ və Malatyada 76 binanın dağıldığını, 645 binaya ciddi şəkildə zərər dəydiyinivə 12 binanın qəzalı vəziyyətdə olduğunu açıqlayıb. Görən Hadisə bunu bilir??Ya oda türkiyəli müğənniBülənt Ərsoya 100 min dollarlıq üzük bağışlayan azərbaycanlı Nigar Məmmədovakimi öz vətənində baş verənlərdən xəbəri yoxdu. Nəisəki, möminlərimiz demiş, Allahhidayət eləsin.

Kinzinin "lüt” aksiyası

Əziz oxucular bəlkə də bir çoxunuzun yadına gələr, bir Model Kinsi Volanski vardı. O, Madriddə Çempionlar Liqasının final mərhələsindəmeydana çimərlik geyimində çıxmışdı. Polyak əsilli model həmin vaxt 15 min avro- meydana daxil olduğu üçün UEFA tərəfindən beşmin avro, rusiyalısevgilisi Vitali Zdorovetskinin "Youtube”dakı pornoqrafiyadan bəhs edən səhifəsiniqanunsuz reklam etdiyinə görə isə İspaniya polisi tərəfindən 10 min avro cərimələnmişdi.Bax, həmin Kinsi xanımın bundan ağlı başına gəlməyibdir ki, yeni bir addımatıb.



Çılpaqnümayiş keçirməyi özünə hər zaman məqsəd seçən model, aviaqəzada həlak olanfutbolçu Kobe Brayantın şərəfinə yarıçılpaq aksiya keçirdi

ModelKinsi Volanskinin aksiyası iləAvstriyanınŞladminq şəhərində keçiriləndağ-xizəkidmanı üzrə Dünya Kubokununmərhələsi yarımçıq qalıb.

Beləki, yarıçılpaq model faciəvi şəkildə həlak olmuş məşhur basketbolçuKobeBrayantın şərəfinə əlində plakatla meydana çıxıb.

Sosialşəbəkə istifadəçiləri modelin aksiyasını sərt şəkildə tənqid ediblər. Birçoxları modelin diqqəti öz üzərinə cəmləmək məqsədilə Brayantın ölümündənistifadə etdiyini deyib.Maraqlıdı, elə nə hadisə baş versə, Kinsi xanım soyunubgirəcək meydana?


Əntiqə Rəşid

Adalet.az