Dünyanın ən təhlükəli oteli: Ora helikopterlə gedirlər

Dünyanın ən qeyri-adi otellərindən biri olan bu otel okeanın coşmuş dalğaları arasında qonaqlara möhtəşəm rahatlıq təqdim edir.
Adalet.az haqqında danışılan otellə bağlı maraqlı yazını təqdim edir:
Tətil dedikdə ağlınıza xurma ağaclarının altında sahildə günəş vannası qəbul etmək, isti qumda gəzmək və gün batımında romantik şam yeməyi etmək gəlir. Əminik ki, okeanın gurultulu dalğaları arasında köpək balıqları ilə əhatə olunmuş nəhəng metal konstruksiyanı təsəvvür etmirsiniz.
Ancaq “Frying Pan Hotel”də yer bron etmisinizsə, seçiminizi yenidən nəzərdən keçirməyi məsləhət görürük.
Dünyanın ən qəribə otellərindən biri, Şimali Karolinanın şərq sahilindən təxminən 50 kilometr aralıda yerləşir. Otelin bünövrəsi dənizdə dayaz suda quraşdırılmış nəhəng metal konstruksiyadan ibarətdir. Adı çəkilən otel dəniz səviyyəsindən təxminən 41 metr yüksəklikdə yerləşir.
Bəs bu otelin okeanın ortasında tikilməsində məqsəd nədir?
Bildirilir ki, otel 1964-cü ildə gəmilərin dayaz sulardan quruya çıxmasının qarşısını almaq üçün tikilib. Otelin tikildiyi qayalıqlar balıqçılar üçün sərfəli yer olmaqla yanaşı, 14 il ərzində 130-dan çox yeni gəminin batdığı yer olduğu üçün də son dərəcə təhlükəlidir.
Bir müddət sonra isə müasir və qabaqcıl GPS sistemlərinin inkişafı ilə qüllə funksionallığını itirdi və sonradan dəniz canlılarını öyrənmək üçün müşahidə platforması kimi istifadə edildi.
2010-cu ildə isə otel sahibkar Richard Neil tərəfindən satın alındı və Neil platformanı insanların qalması üçün unikal bir yerə çevirmək qərarına gəldi.
Vasif Əlihüseyn