adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Sentyabr 2017 16:18
20449
MƏDƏNİYYƏT

Dünyanın ən qalmaqallı filmləri

Dünya kinosunda ən qalmaqallı, mübahisəli və cəmiyyətdə tabuları qıran bir çox filmlər var.

Adalet.az qalmaqallıfilmlərdən daha çox maraq doğuranları təqdim edir.







"İsanın sonuncugünahı” - Martin Skorseze


Rejissorun yozumuna görə, Allah tərəfindən seçilmişadi dülgər İsa taleyin çətin yükünü daşımağa məcburdur. Əgər çarmıxdan azadolsa onun son istəyi gələcək həyatını Məcdəlli Məryəm ilə bağlamaqdır. Qızğınmübahisələrə səbəb olmuş film katoliklər tərəfindən "kafirlik" kimi dəyərləndirilmişdi.



Müsəlman aləmini hiddətləndirən film


Müsəlman dünyasında ciddi etirazlara səbəb olan"Müsəlman Məsumiyyəti" filminin rejissoru Sem Beysl adlı şəxs həyatdamövcud deyil. Bunu "Associated Press"in jurnalisti müəyyən edib. Beləki, əslində rejissor olduğu deyilən yəhudi Sem Beysl adlı insanın olmadığımüəyyənləşdirilib.

Sentyabrın12-də AP əməkdaşı Los Anceles yaxınlığında Nakuli Bessli Nakuli adlı şəxsdənmüsahibə götürüb. O, film çəkilişlərində köməklik göstərdiyini deyib. Besslininsözlərinə görə, o, kopt-xristiandır və filmdə İslamın hədələdiyi kopt xristianicmasının dəstəkləməsi üçün çəkilib. O, rejissoru şəxsən tanıdığını iddiaedib.

Jurnalistaraşdırıb ki, Nakula 2010-cu ildə federal bankda dələduzluq etdiyi üçün Kaliforniyada21 aylıq həbs cəzası çəkib və 800 dollar çərimə edilib. Beş il ərzində onunkompüterdən və internetdən istifadə hüququ yoxdur. Öz adından savayı Nakula birneçə başqa ləqəbdən də istifadə edib.

AP Sem Beyslin mobiltelefonunun nömrəsini də tapıb. Bu nömrə agentlik əməkdaşını Nakula ilə görüşolan yerə gətirib çıxarıb. Bundan öncə isə jurnalist özünü Sem Beysladlandırılan şəxslə əlaqə yarada bilmişdi. O, özünü İsraildə anadan olan 56yaşlı yazıçı və rejissor, Kaliforniyada daşınmaz əmlak satışı ilə məşğul olankimi təqdim etmişdi.

İsraildə isə ölkə vətəndaşlarıarasında Abu adlı adamın olmadığı bildirilib. "You Tube" da olan buadlı akkauntda isə onun 74 yaşı olduğu göstərilir. Kaliforniyada lisenziyaverilənlər arasındada bu adlı adamın olmadığı bəlli olub.

ABŞ-da müqəddəs"Quran"ı yandıran rahib Terri Cons da Sem Beyslın rejissorun gerçəkadı olmadığını deyib. Rejissorla telefonda danışığında Cons onun gizləndiyinivə şəxsiyyətini açıqlamadığını deyib.

Filmdə oynayan aktyorlar isəfilmin anti-İslam xarakter daşıdığını bilmədiklərini qeyd ediblər. Bəziifadələr isə dublyaj zamanı təhrif edilib.


"Lolita” – StenliKubrik


"Lolita" - Vladimir Nabokovun 1955-ci ildə qələmə aldığı roman. İngilis dilində yazılıb və ilk dəfə 1955-ci ildə Parisdə "Olimpiya Press" nəşriyyatında dərc olunub. XX əsrin ən görkəmli kitablardan biri sayılır: The Modern Library bütün zamanların yüz ən yaxşı romanlar siyahısında dördüncü yeri alıb.

Roman iki dəfə ekranlaşdırılıb. İlk "Lolita”filmini Stenli Kubrik 1962-ci ildə çəkib. Stenli Kubrikin  "Lolita” romanı əsasında çəkilmiş (1962) ekran işində səs-küyə səbəbazyaşlı qız ilə intim səhnə idi və "Katolik legion” təşkilatı məlum səhnəyə düzəlişlərolunmasını tələb etmişdi.

Lolita roluna əvvəlcə NataliPortman dəvət edilmişdi. Ancaq o, dini düşüncələrinə görə filmdə oynamaqdanimtina etdi. Portman dini qaydalara əməl edən yəhudidir. Belə də deyirlər ki,Portmanın valideynləri də onun bu roluna qarşı çıxıblar.

Film Ştatlarda birmənalıqarşılanmadı, Avstraliyada isə prokata buraxılmadı, yalnız iki il sonra qadağaaradan qalxdı, ancaq bu dəfə sərt məhdudiyyətlər filmdən yan keçmədi.

İkinci ekran işinin ssenarisiKubrikin "Lolita”sının ssenarisinə baxanda romanın mətninə daha yaxın idi.Ssenarist Stiven Şiff deyirdi ki, filmin müəllifləri Kubrikin işinin remeykiniçəkmək deyil, bu dahiyanə romanı ekranlaşdırmaq istəyirdilər.


"Davinçikodu" filmi


Bir neçə il bundan əvvəl xəbərlər proqramlarınınbirində belə bir məlumat yayılmışdı: "Qafqaz müsəlmanları idarəsi"Davinçi kodu" adlı kinofilmin qadağan edilməsi üçün Mədəniyyət Nazirliyinərəsmi müraciət göndərib. Müraciətdə filmin ssenarisinə irad tutulur, İsa peyğəmbərintəhqir olunduğu bildirilirdi. Onu da qeyd edək ki, buna qədər filmin nümayişinəHindistanda, Rusiyada və bir çox Avropa ölkələrində qadağa qoyulub. Hətta məşhurKann kinofestivalında "Davinçi kodu" kinosu çoxsaylı tənqidlərə məruzqalıb.

"Davinçi kodu" filmi dahi rəssamın"Gizli şam yeməyi" adlı əsərinin nümayişi ilə başlayır. Belə ki, həminrəsmdə İsa peyğəmbərin silahdaşları ilə birlikdə şam yeməyi mərasimi təsvirolunur. İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lakin son dövrünaraşdırmaları sübut etmişdir ki, mövcud rəsm əsərində Leonardo da Vinçi bəzigizli mətləblərə aydınlıq gətirməyə çalışmışdır. Daha dəqiq desək, o, İsa peyğəmbərinyanındakı adamın Mariya Maqdalina olduğunu göstərmək istəyibmiş. Deyilənə görə,bu qadın peyğəmbərin arvadı olmuşdur və onların nikahından bir qız uşağıdünyaya gəlmişdir. Filmdə Leonardo da Vinçinin başqa əsərləri və əlyazmalarındakıməxfi kodlardan (işarələrdən) da sitat gətirilmişdir.


"Nanak Şax Fakir” - SartaySinqx Pannu filmi


Hindistanlıların inandıqları sinqxizm dininiekranlaşdıran rejissor cəmiyyətin etirazına səbəb olub. Sinqxizim dininə görə,peyğəmbər Qurunu cəmiyyətə insan obrazı kimi göstərmək günahdır. Buna görə dərejissor təzyiqlərə məruz qalıb.


"Eybəcərlər”filmi


"Eybəcərlər”Amerika yazıçısı Tom Robbinsin qısa hekayəsinin sərbəst yozumudur. Ssenariüzərində bir neçə nəfər beş ay ərzində işləyib.

Broununiqkastinqə Amerikada fəaliyyət göstərən bütün - fiziki qüsurları olan səyyarsirkçiləri dəvət etmişdi. Onların çoxu həqiqi adı ilə iştirak edib.

"Eybəcərlər”inxronometrajı 90 dəqiqə olsa da, test baxışı zamanı studiya rejissordan filminyenidən montajını tələb etdi. Nəticədə film 64 dəqiqə oldu. Çünki test baxışdaiştirak edən tamaşaçılardan biri studiyanı məhkəmə ilə hədələyib. O, bildiribki, bu filmdən sonra o, bətnindəki körpəsini itirib.

Amerikapublikası rejissorun təklif etdiyi bu açıqlığa hazır deyildi. Ona görə filmiflas oldu, uzun illər arxivdə qaldı. Bundan başqa çox ölkədə qadağan edildi.

1961-ci ildəfilm yenidən ekranlara çıxarıldı və kult statusu aldı.

Film hələ dəAmerikanın bir neçə ştatında qadağan olunub.

Bu film1960-cı illərdə nonkonformist mədəni cərəyanlara böyük təsir elədi. Məsələn,müasir foto sənətinin klassiklərindən biri Diana Arbusa ciddi təsir göstərdi.Arbus da əsasən fiziki qüsurlu adamları çəkirdi. Rejissor Devid Linç isə"Fil adam”ı (1980) bu filmin təsiri ilə çəkib.