adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Noyabr 2019 10:37
40099
MARAQLI

Dünyanın donduran məkanları...

Bəzən insanların"naşükürlük” sindiromuna bir anlam vermək çətin olur. Niyə axı adi birçatışmamazlığa görə etiraz edən, küfürlər yağdırmağa hazır olan bəndələr, çoxvaxt Allah tərəfindən doğrudandasevildiyinin, bəzi toplumlara, xalqlara, dövlətlərə əlçatmaz kimi görünən nemətlərinonlara təmənnasız bəxş edildiyinin fərqində deyillər?

Bu dəfə oxucularımızafərqində olmadığımız, amma Allah tərəfindən verilən təmənnasız bir nemətimiz haqqında söhbət açmaq istərdim. Azərbaycanyeraltı-yerüstü sərvətləri, təbii gözəllikləri ilə seçilən az saylı ölkələrdəndi.Günəşi, suyu, havası bol məkandı. Amma elə ölkələr var ki, günəşə də, suya da,bəzən havaya da həsrətdirlər.

Rusiya torpaqlarında, Şimal Qütb Dairəsinin 350 kilometr cənubundakıOymyakon kəndində 1926-ci ildə-71.2 dərəcə, Şimali Yarınmkürəsində ölçülən ən aşağı temperaturolmuşdur.



Bitki mənşəli istehlak məhsullarının yetişmədiyi kənddə,bazar piştaxtaları balıq və ət məhsulları ilə doludur.Bu kənddə bu gün təxminən500 nəfər adam yaşayır.Evlərin çox soyuq olmasıyla əlaqədar evə su xəttiçəkmək qeyri-mümkündür.Bölgədə avtomobillər yalnız qarajlarda işləyəbilir.Qarajxaricinə çıxan avtomobillər, dayanmadan yollarına davam etmək məcburiyyətindədirlər.Çünki atomobili dayandırılarsa, soyuqdan bir daha işə düşə bilməz.



Rusiyanın Şimal Qütbünə ən yaxın kəndi Oymyakon- Rusca"Donmayan Su" mənasını verir. Bu bölgəyə 1930-cu illərə qədər maralsürülərinin su ehtiyaclarını qarşılamaq üçün enirlərmiş.Ancaq Sovethökuməti, ölkənin şimal-şərqində dəniz səviyyəsindən 750 metr yüksəklikdə olan,günlərin uzunluğunun qışda üç saat, yayda 21 saat arasında dəyişdiyi bubölgədə bir insan məskunlaşmasının olmasına qərar verir.Kənddə az çeşidliməhsul satan tək bir baqqal var və hər kəs buradan alver edir. Ancaq yenə dəyeməklə bağlı sağlamlıq problemləri yaşamırlar.Elm insanları kəndlilərinsağlamlıq problemi yaşamamasını, maral südündəki qida dəyərlərinin yüksəkolması ilə əlaqədar olduğunu düşünürlər.Bu kənddə uşaqlar da soyuğa adətedib. Məktəblər havanın temperatutu -52 dərəcədən aşağı düşdükdəbağlanır.Oymyakon sakinlərinin ən sevdiyi fəaliyyət isə buz tutmuş göldəbalıq ovlamaqdır.



Oymyakonda qışda günəş yalnız 3 saat səmadaqalır.Sinoptik Burtsev, hava vəziyyəti təxmin etmək üçün hava şarındanistifadə edir.Turizm şirkətləri bəzən turistlərin həddindən artıq soyuqhava şərtlərini görmələri üçün Oymyakona ekskursiyalar təşkil edirlər.Yaydabu bölgəyə gələn turistlər sayəsində gəlirini artıran kəndlilər beləcə ətrafdakışəhərlərdən qış üçün lazım olan ehtiyaclarını qarşılayırlar. Oymyakonda hava şərtlərinə qədər pis olursa olsun kəndlilər burada yaşamaqdan məmnun olduqlarını söyləyir.Oymyakondaən çətin işlərdən biri ölüləri basdırmaqdır.

Əvvəl donmuş yer isti kömürlə yumuşaldılır, sonra işmaşınlarıyla qazılır. İstiliyin yalnız odun və kömürlə edildiyi kənddəqış mövsümündə tikinti etmək haradasa qeyri-mümkündür. İş maşınları ancaq istikömürlə isidilərək qazıntı üçün uyğun hala gətirilir.Dünyada bilmədiyimizelə soyuq yerlər var ki fotoşəkillərinə baxarkən belə adamüşüyür.Haradasa - 60 dərəcə haradasa - 80. "Oralarda yaşamaqolarmı?" deməyin, göründüyü kimi yaşayanlar var ..



Verkhoyansk-şəhərinin istiliyi-49 ° C-dir. Verkhoyansk'ta nəqliyyatın hərəkəti həqiqətən də çətindir. Beləki, ətrafda heç quru yolu yoxdur. (Edilməsinə gərək də yoxdur, çünki sabahısıgün bel boyu qarla örtülmüş olacaq).Ölkənin Karaqanda şəhərindətemperatur - 60 dərəcəyə qədər düşür. Şəhərdə mənzillərin içi belədonur.Səlahiyyətli şəxslər, vətəndaşları lazımlı tədbirləri görülməsindənxəbərdar edərkən, xüsusilə şəhərlərarası səfər etməmələrinivurğulayıblar.

Yer kürəsinin ən soyuq bölgələrindən biriQrenlandiyadır.1954-ci ilin 9 Yanvar günü, Northice (Şimali buz)Araşdırma Stansiyası -66 ° C temperatur hesabatı verib. Əlbəttə, tədqiqatçılarqaçıb evlərinə getmədilər amma çox narahat bir müddət keçirdiklərisözsüzdür.

Snag-Kanadadakıbu qəsəbədə orta temperatur -30 dərəcədir.Qitənin ən soyuq yeri olan bu qəsəbədəgörülən ən aşağı temperatur isə -63 ° C-dir.Snag soyuğu tam mənasıylayaşayır. Buna ən yaxşı nümunə, havada donan buxar.Buna "frozen breath”deyirlər ki, donmuş nəfəs mənasını verir.

Məncə, mülayim keçən qışımıza da, göydə hər zaman gülümsəyən günəşimizə də, aylarla donmayan suyumuza və havamıza görəYaradanımıza şükran borcumuz var



Əntiqə Rəşid