adalet.az header logo
  • Bakı -°C
11 Dekabr 2023 16:54
1287
ƏDƏBİYYAT
A- A+

Dünya Qarabağlı: Xeyir və Şər

Belə söyləyirlər,böyük şəhərdə,
Çox insan yaşarmış,həmin bu yerdə,
Xeyirlə,Şərdə burda yaşarmış.
Onlar arasında böyük fərq varmış.
Xeyir qurarımış,yaradarımış,
Şər isə dağıdar,nifaq salarmış.
Şər hər saat,hər an yolun azarmış.
 Hər yerdə Xeyirə quyu qazarmış.
Şeytan tək hər kəsin qəlbinə girir,
Xeyirə dərd verir,qəm-kədər verir.
Onunla salaraq yersiz savaşı,
Hər kəsi çıxardır Xeyirə qarşı.
Şər deyir:“Köməyim,dayağım çoxdu
 Etdiyim pisliyi bir bilən yoxdu”.
Hər şeyi biləndi,görəndi Allah,
Ən böyük dayaqdı,ərəndi Allah,
Böyük Yaradanım hər şeyi görər,
Sonunda pislərin cəzasın verər.
Həmin Şər,böyük bir yara çıxartdı,
Onun da ağrısı-acısı artdı.
Yadına salaraq etdiklərini,
Yaxşıya etdiyi sərtliklərini,
Bu yerdə Allahdan ölüm dilədi,
Allah da başına alov ələdi.
Bu şeiri oxuyub,bilən  hər insan,
Bizim bu həyatı bilməsin asan.
Heç zaman,heç kəsə eyləmə pislik,
Nə vaxtsa gələcək,bil,sənə nəslik.

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.