23 Noyabr 2023 17:16
1501
ƏDƏBİYYAT

Dünya Qarabağlı: Sanki anadır

Ay ilə,Günəşlə yarışandı O
Qaynayıb bizlərə qarışandı O
Dərsləri bizlərdən soruşandı O                                                                                            
Aybəniz müəllim bizə anadı
Elə bil mələkdi,sanki sonadı.
****     
İlk gündən xoşluqla başladı sözə
Himnini öyrətdi hər birimizə
Ömrü uzun olsun,qoy çatsın yüzə
Aybəniz müəllim bizə anadı
Elə bil mələkdi,sanki sonadı.
***  
Öyrətdi dostluğu,həm yoldaşlığı
İnsandan-insana olan xoşluğu
Öyrətdi bizlərə vətəndaşlığı
Aybəniz müəllim bizə anadı
Elə bil mələkdi,sanki sonadı.
****   
1-in müəllimi,1-in rəhbəri
Olub hər bir kəsin qəlbdə təpəri
Bu məktəb hamının ən xoş səfər
Aybəniz müəllim bizə anadı
Elə bil mələkdi,sanki sonadı.
****     
312-nin gözəl insanı
Vardır həm savadı,həm adı-sanı
Xoş keçir bizimlə onun hər hanı
Aybəniz müəllim bizə anadı
Elə bil mələkdi,sanki sonadı.

Şeirin müəllifi:Dünya Qarabağlı.1-inci sinif şagirdlərinin Aybəniz müəllimə olan sevgisi əsasında yazmışam.