adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
08 Dekabr 2022 14:46
264
SİYASƏT

Dünya niyə separatçıları bağrına basır?: ABŞ Babayanı, Almaniya Vardanyanı, Fransa Arutyunyanı...

Azərbaycan orduğunun Qarabağdakı önəmli qələbəsindən sonra bir çox ölkələr Azərbaycanın qüdrətlənməsini qəbul edə bilmədi. Odur ki, 30 ildir Azərbaycanın əzəli və əbədi torpaqlarını işğal edən, orada soyqırımı əməliyyatları həyata keçirən, yurdun daşını daş üstə qoymayan Ermənistanın yanında olmağı seçdilər. İran, Hindistan, Fransa və sair dövlətlər Azərbaycana qarşı əsl “erməniçiliyə” başladılar.


Arabir öz əməlləri ilə bu “tərəfçi” dəstənin də yanında olanlar tapıldı. Məsələn, sentyabrın 19-da Qarabağdakı qondarma rejimin “xarici siyasət departamentinin rəhbəri” David Babayan ABŞ Konqresində ABŞ-ın Şərq Dairəsinin “Hay Date” Komissiyası, Amerika Erməni Assambleyası tərəfindən təşkil olunmuş tədbirdə çıxış etdi. Belə bir yüksək səviyyəli tədbirdə separatçı nazirin ölkəmizə qarşı hansı şər və böhtanları sıraladığı hamımıza məlumdur.

Babayan ətrafındakıları dediyinə inandırandan sonra bu sözləri də deməyi unutmadı: “Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Xankəndinin mövqeyi dəyişməz qalıb. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağın tam iştirakı ilə sülh danışıqları prosesinə böyük əhəmiyyət veririk.


Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Azərbaycan, Türkiyə və beynəlxalq terrorçuların Qarabağa münasibətində təcavüzkar və soyqırım siyasətinin ciddi çağırışları var”.


Adalet.az 1 lurer.am-a istinadən xəbər verir ki, Fransaya rəsmi səfərdə olan Qarabağdakı separatçı tör-töküntülərinin başçısı Araik Arutyunyan dekabrın 7-də Parisdə 20-yə yaxın media nümayəndəsi ilə görüşüb və Fransaya etdiyi səfərin məqsədlərini təqdim edib. Məlumdur, yenə erməni xislətinə uyğun olaraq şər – böhtan mühazirəsi.
Bu azmış kimi , Qarabağdakı separatçı tör-töküntülərinin “ dövlət naziri”, Rusiyanın Qarabağdakı “adamı” milyarder Ruben Vardaniyan isə Almaniyanın məşhur ZDF televiziya kanalına geniş müsahibə verir.


Dünyanın qarışmış, qan qoxuyan bir zamanında, ABŞ-ın, Fransanın, Almaniyanın yenidən müharibə, işğal, ədalətsizlik arzusunda olan separatçılara qucaq açmasının mənası nədir?Axı hazırda Avropa ölkələrinin bir çoxu Ukraynaya qarşı işğalçılıq edən Rusiyaya sanksiya tətbiq edib və bunun nəticəsində qazsız, neftsiz qalıb. Bu separatçıları bağrına basan Avropa sabah hansı üzlə Azərbaycana gəlib,onunla “enerji “ söhbəti aparacaq?


P.S.Gözləyək, görək hansı dövlət daha üzlüdür?


Əntiqə Rəşid