adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Mart 2020 12:37
33366
MARAQLI

Dünya duracaq yer deyil, ey can, səfər eylə!

İçkinin qədərini bilməyib çəlləyin dibinədüşənlər üçün

72 yaşlıfransız Jan-Jak Savin Atlantik okeanı polad çəlləkdə qət etməyə nail olub.

Onun "gəmisinin"uzunluğu üç, eni isə 2,1 metr təşkil edib.

Savin səyahəti başavurmaq üçün 122 gün doqquz saat vaxt sərf edib.

Onun çəlləyihal-hazırda Florida sahillərində dreyf edir.

Fransız səyahətiniötən ilin dekabrın 26-sı Kanar adalarında yerləşən El-Yerro adansındanbaşlayıb.

Biz o çəlləyin dibinədüşüb haraları qət etmədik ki?!

Elə bilirsiniz, təkcə adamlar içki düşkünü olur?

Fransız Polineziyasına aid Bora-Bora adasınaistirahətə gələn cütlük bir müddətdən sonra yaşadıqları bunqaloda təkolmadıqlarını aşkar ediblər.

Bunqaloda yaşayan kərtənkələ o qədər sevimli olub ki,insanlar onu oradan qovmaq istəməyiblər.

Cütlüyün diqqətini bu kərtənkələnin ananas şirəsi vəpivə sevməsi olub.

Onlar balaca canlının qeyd olunan içkiləri içməsinilentə alıblar.

Cütlük növbəti dəfə Bora-Boraya qayıtdıqda yenə həminkərtənkələ ilə rastlaşacaqlarına ümid edirlər.

Axx, moda, moda, saldın bizi oda…

Daima içki içən kişilərdən dad edən qadınlar üçün dəxəbərim var.

Misirli dizayner Samo Hejres koronavirusdan qoruyangəlinlik maskası ərsəyə gətirib.

Maska 3 saata hazırlanıb. Qiyməti isə üzərindəkibəzəkdən asılı olaraq 95 dollardan (161 manat) başlayır.

Dizayner bu ideyanı ona qardaşının verdiyini bildirib.Samo Hejres çoxsaylı rəngli maska sifarişi aldığını qeyd edib.

Bilmirsən ki, cibinin düşməni qadınlardır, yoxsa bumodaları icad edən kişilər?

Əccəb epoxaya düşmüşük…

Hindistanın Hiriyur şəhərinin sakinləri viruslaraqarşı ən yaxşı profilaktik müalicə tapdıqlarına əmindirlər.

Bu şəxslər hətta "müalicə” prosesini lentəalıblar.

Kadrlarda onların peyin vannası qəbul etdiyini görməkolar.

Çəkiliş zamanı onlardan biri bu "spa-prosedurun” bütünviruslara qarşı ən yaxşı müdafiə olduğunu vurğulayır.