adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2014 11:30
15677
GÜNDƏM

“Dünya dövlətləri Azərbaycana qarşı ədalətsizdir” - Əli Həsənov

Azərbaycan Respublikası Baş nazirininmüavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri,Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovİran İslam Respublikasının səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz TibbElmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin rəhbərlik etdiyi nümayəndəheyəti ilə görüşüb.


Dövlət Komitəsindən Adalet.az-a verilən məlumatagörə, Ə.Həsənov görüşdə Azərbaycan ilə İran arasında münasibətlərininkişafından danışıb. Baş nazirin müavini bildirib ki, son günlər ölkələrimizarasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamikinkişafının bariz göstəricisidir: "Dərin köklərə malik olan əlaqələrimizulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf edib.Ümummilli liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidentiİlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. AzərbaycanPrezidentinin İrana son səfəri münasibətlərin ən yüksək səviyyədə olduğunu birdaha göstərdi. Azərbaycan və İran dost, qardaş ölkələr, mehribanqonşulardır". Ə.Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, DağlıqQarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünyadövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycanaqarşı ədalətsizlik olduğunu bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan xalqı70 il Sovet imperiyasının tərkibində olsa da öz adət-ənənələrini, dinini,dilini qoruyub saxlayıb: "Azərbaycan bu gün bütün sahələrdə sürətləinkişaf edir, müasirləşir, dünya baş verən inkişafdan geri qalmır. Bu inkişafınbünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub vəPrezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirir. Müstəqil siyasətyürüdən Azərbaycan dünya dövlətləri ilə dostluq münasibətlərinə xüsusi önəmverir və əksər ölkələrlə əməkdaşlıq edir".

Əli Həsənov İranın İmdad Komitəsinin Azərbaycandagördüyü işləri yüksək qiymətləndirib və humanitar fəaliyyətlərinə görə minnətdarlığınıifadə edib. Məhəmmədhüseyn Somi Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədəolduğunu qeyd edib. Qonaq ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrininkişafında böyük xidmətləri olduğunu deyib. O, Azərbaycan Prezidenti İlhamƏliyevin və İran Prezidenti Həsən Ruhaninin son görüşünün əlaqələrin daha dainkişafına böyük təkan verəcəyinə əminliyini bildirib.

M.Somi deyib ki, Azərbaycana səfərində məqsəd ölkələrimizarasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirməkdir. O, iki ölkə arasında səhiyyəsahəsində təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb. Sondaqonaqlara "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı,Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və ermənisilahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələriniəks etdirən disk təqdim edilib.