Dünya böhranla üzbəüzdür - Ərdoğan
Bu gün dünya hansı istiqamətdə gedəcəyi ilə bağlı böhranla üzbəüzdür.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.
Türkiyə liderinin sözlərinə görə, bu, dünya ictimaiyyəti üçün olduqca ciddi bir təhlükədir:
"Beynəlxalq arenada yaşanan problemin ölçüsü düşündüyümüzdən də böyükdür".
Onun sözlərinə görə, bu gün dünyada diplomatiya eyni zamanda insanlığın, ortaq gələcəyin təməlini təmsil edir:
Ərdoğan deyib ki, bu gün diplomatiya ancaq problemlərin və mənafelərin müzakirə edildiyi bir sahə olmaqdan kənara çıxır və insanlığın, ortaq gələcəyin təməlini təmsil edir.
Prezident bəyan edib ki, bu gün beynəlxalq sistemdə yaşanan sarsıntıları yalnız güc balansındakı dəyişikliklərlə izah etmək hamını məsələnin mahiyyətindən uzaqlaşdırar:
"Bu gün dünya güc böhranı ilə yanaşı, eyni zamanda bir istiqamət böhranı da yaşayır. Qaydalara əsaslandığı iddia edilən sistem isə qaydaların pozulduğu yerdə susur. Bu günün dünyasında qaydaların pozulmasının ən yüksək həddə olduğunu görürük. Biz eyni zamanda insan haqlarını və beynəlxalq təhlükəsizliyi qorumaq məsuliyyətində olan mexanizmlərin ən ağır hücumlar qarşısında effektsiz olduğunu görürük".


Bakı -°C

