Dünya adəti üzrə namərdcəsinə susmuşdu.. - Ayaz Arabaçı yazır
İllərlə gözlədik..
Bizi inandırmağa çalışdıqları kimi ən yaxşı yol sülh olmadı.
ATƏT-in istixarələri,"təsbeh çevirmələri"bir nəticə vermədi.
Xarici səfərlərdə,yüksək tribunalarda alın təri tökdük və nəhayət anladıq ki,yox,bu işlər tək alın təri tökməklə alınmır..Qan tökmək lazımdır-Qan..
Biz bu səfərə 30 il idi çıxmışdıq..30 il ağrı-acılarla yol gəldiyimizdən bilirdik ki,son yürüşümüz tez bitəcək.
Bir savaşa girdik-ölüm-dirim savaşına...
Savaşda təkcə düşmən tapdağında inildəyən qutsal torpaqlarımızı yox,həm də özümüzü qazandıq.
Seyrçilik mövqeyində qərar tutmuş ölkələrin nəfəsini tıxandırdıq,heyrətdən gözlərini kəllələrinə çıxartdıq..
İllərlə hicrində ürəyimiz pörşələnən mehrabımıza-Şuşamıza qovuşduq.
Dünya adəti üzrə namərdcəsinə susmuşdu..
Aradabir "makronların" milçək vızıltısını andıran səsi eşidilirdi,amma bu ürəkbulandırmadan başqa bir şey eləmədi.
Ordumuzun aslan oğulları avtomatlarını-pulemyotlarını Qarabağda qızıl rübab kimi səsləndirdi..
Hər gün qələbə xəbərləri,hər gün zəfər nəğmələri..
Barıt qoxusunu sübhün təmiz havası kimi çəkdik ciyərlərimizə.
İndi bizi arzular-xəyallar yox,gerçək qələbələrin,böyük uğurların ətri məst eləyirdi.
Biz yuxudan ayıldıq,saatımıza baxdıq.Zaman xeyrimizə işləyirdi.
Qorxu bilmədik-hürkü bilmədik..Yalnız irəli dedik,başqa türkü bilmədik.Bayrağımız qürurumuz oldu,qürurumuz bayrağımız.
Yağmurlu payız günləri dolçaları doldurub arxamızca atdı.
Günəş buludları yarıb gülümsədi:
-Qalibiyyət sizinlə olacaq..
O oğullar ki,bu gün həyatda yoxdular,həmin oğulların payı daha çoxdu bu qələbə sevincində.Bu gün onlar sıramızda yoxdular,amma ürəyimizdədilər,nəğmələrimizdədilər..
Bu sətirləri yazdım və saata baxdım..
12:00
Sayqı duruşundayam..
Ruhunuz şad olsun..
2783 şəhidim,qəhrəmanım!