Dünən 2 nəfər küçədə ürəktutmadan ölüb - Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi dunən maşında iki uşağın və yolda bir kişinin istidən dünyasını dəyişməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova lent.az-a deyib ki, belə hadisə olmayıb: "Olsaydı biz, Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti bu məsələdən ilk xəbər tutardı".
Nazirlik rəsmisi deyib ki, ötən gün ərzində yolda iki ölüm hadisəsi qeydə alınıb. Onlardan biri 48 yaşlı Oleq Abramov "Koroğlu” metrostansiyasının qarşısında, ikincisi Günəşli qəsəbəsində avtobusda dünyasını dəyişən 73 yaşlı sakin olub. Onların hər ikisi ürəktutmadan dünyasını dəyişib.
Digər Xəbərlər
30 Aprel 2024 11:53
Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02Sumqayıtda 5 ədəd qumbara tapıldı - VİDEO
30 Aprel 2024 09:53