adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Yanvar 2022 10:43
194
DÜNYA

Duma Donetsk və Liqansk "respublikalarını" tanımaq istəyir?

Rusiya parlamenti Kommunist Partiyası fraksiyasının "özlərinin müstəqilliyini elan etmiş" Donetsk və Luqansk pespublikalarının tanınması təklifini digər fraksiyalarla gələn həftə müzakirə etmək fikirindədir. Bu barədə Dumanın spikeri Vyaçeslav Volodin özünün Telegram kanalında məlumat verib.
  
Həftənin üçüncü günü RFKP-sı bu "respublikaların" rəhbərləri ilə dövlətlərarası münasibətlərin və bütün sahələrdə əməkdaşlıq aspektlərinin həll edilməsi üçün RF-nın prezidenti Vladimir Putindən danışıqlara başlamasını xahiş edib. 
  
Bununla bağlı gələn həftə fraksiya rəhbərləri ilə fikir mübadiləsi aparmaq, bu müraciəti müzakirə etmək düzgün olardı. Müzakirələrdən sonra bu məsələ Dövlət Dumasının müzakirəsinə çıxarıla bilər"- deyə Volodin yazır.
  
"Kiyev Minsk razılaşmalarını yerinə yetirməkdən imtina edir, NATO isə Ukraynanı işğal etmək istəyir, bu da faciəyə səbəb ola bilər"- deyə Dumanın spikeri əlavə edib.

 Volodin hesab edir ki,  "Biz buna yol verə bilmərik. Bir məsələ tamamilə aydındır ki, DXR və LXR-də  bizim vətəndaşların və həmvətənlulərimizin təhlükəsizliyini qorumalıyıq".

 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, deputatların Donetsk və Luqansk respublikalarının tanınması ilə bağlı müraciətləri və Dövlət Dumasında ona səs verilib-veriməyəcəyi ilə bağlı nəsə demək onun imkanları xaricindədir.

 Rüstəm Hacıyev