adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
17 Yanvar 2019 15:24
15681
MARAQLI

DTX Muzeyə numizmatik materiallar hədiyyə edib - FOTO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyət kəsb edən numizmatik əşyalar hədiyyə edilib.

DTX-dan Adalet.az-a verilən məlumata görə, Muzeyin Numizmatika fonduna təhvil verilən 142 ədəd materialdan 36 ədədi sikkə, qalanları isə kağız pul və bonlardan ibarətdir. Sikkələr XVI-XIX əsrləri əhatə edir, kağız pul və bonlar isə XX əsrə aiddir.


Muzeyə verilən bu numizmatik materiallar Numizmatika Fondunun kolleksiyasını zənginləşdirilməsində və tədqiqi baxımından mühüm tarixi əhəmiyyətə malikdir.