adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
15 Aprel 2020 07:55
17454
SİYASƏT

D.Peskov: "Koronavirusla mübarizə aparmaq üçün Belarusiyaya kömək edirik"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusla mübarizə aparmaq üçün Belausiyayanın onlardan köməklik istədiyini və Rusiya tərəfinin onlara köməklik etdiklərini bildirib. Rusiya mətbuatı onun bu məlumatını kütləvi şəkildə yaymaqla yanaşı Belarusiya prezidenti Lukaşenkonun pandemiyanı qəbul etməməsini və heç bir qabaqlayıcı tədbir görməməsini kəskin tənqid edir.

Belarusiya XİN-nin rəhbəri Vladimir Makey koronavirusla mübarizə etmək üçün Rusiyaya müraciət edimədiklərini və Rusiyanın onlara heç bir köməkliklik göstərmədiyini bəyan edib. " Özümüzdə bilmək istərdik ki, hansı köməklikdən söhbət gedir. Bəlkə məlumat verilmədən sərhədlərimizin qəflətən birtərəfli qaydada bağlamalarını, yaxud Nijni Taqildən virusa yoluxmuş 15 nəfər vətəndaşımızın ölkəmizə göndərilməsini nəzərdə tuturlar və bunu köməklik sayırlar?"

Makey bildirib ki, "ilkin mərhələdə Rusiya onlara 10 min ədəd test avadanlığı göndərib. Daha sonra 30 min ədəd də pulla satmaq istəyib. Həkimlərimiz rusiyanın test avadanlıqlarının koponavirusun aşkarlamasında effekli olmadığını bildirdikləri üçün biz bundan imtina etdik."

Belarusiya XİN-nin rəhbəri Rusiya telekanallarında Belarusiyada çoxsaylı yoluxmaların olması, guya dövlət tərəfindən bununla bağlı heç bir tədbirin görülməməsi iləbağlı sujetlərin yayılmasınada etirazını bildirib. "Məsləhət görərdik ki, ruslar öz ölkələrində baş verənlərlə məşğul olsunlar."

Rüstəm HACIYEV
"Otkrıtıy media"dan tərcümə.