adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyun 2019 16:54
33043
ƏDƏBİYYAT

DÖYÜŞƏ TƏLƏBƏLƏR GEDİRDİ

Müharibə mövzusunda yazılan əsərlər çoxdur. Buəsərlərin içərisində müharibəni daha da dərk edən, real hadisələri, döyüşsəhnələrini olduğu kimi verməyə çalışan yazıçı Etibar Muradxanlının "Tələbətaqımı” kitabıdır - desək yanılmarıq. Müəllif özü də tələbə vaxtı Qarabağdöyüşlərində iştirak edib. Qələəmə aldığı sənədli romanın qəhrəmanları da onunən yaxın dostları olub. Bu tələbələr kimlər idi. Vətənin əldən getməsinə,erməni vəhşiliklərinə, soyqırımlarına dözməyən Bakı Dövlət Universitetininfizika, kimya, filologiya, jurnalistika, psixologiya, tarix, riyaziyyat fakültələrininuşaqları. İlk dəfə əllərinə silah alan təcrübəsiz, sütül gənclər "Oxumaq həmişəvar” deyərək Bakı Ümumqoşun hərbi məktəbində üçcə ay təlim keçərək döyüş bölgələrinəyollanırlar. Həyatlarını ölüm sınağına çəkən bu gəncləri bircə şeydüşündürdürürdü. Vətəni qorumaq, dinc insanların həyatını xilas etmək.

Cəbhədə tələbələrin Vətənə, torpağa sevgisi onlarıbir-birinə daha da yaxınlaşdırır,doğmalaşdırır. Biz bu əsərdə tələbələrdən – Rövşənin, Arifin, Məcidin,Xudaverənin, Təbrizin, Fərhadın, Firdovsinin, Cəmilin, Natiqin, Baxışın, Elçinin, Ümidvarın simasında etibar,ləyaqət, bütövlük, dosta sadiqlik, dost yolunda canından belə keçməyə hazırolan gəncləri görürük. Bu qorxmaz uşaqlar vətənyolunda ölümü hələ döyüşə - ön cəbhəyə yola düşməmişdən qabaqseçmişdilər. Bu elə bir vaxt idi ki, Xocalı soyqırımı baş vermişdi, bu elə vaxtidi ki, torpaqlarımız əldən gedirdi. Quduzlaşmış ermənilər rusların köməyiləirəliyə doğru can atırdılar. Vətən dardaydı, Vətəni qoruyanlar, vətəninmüdafiəsinə qalxanlar olacaqdımı? Bakıda hakimiyyət, vəzifə davası bitməkbilmirdi. Nə Qarabağdakı dözülməz vəziyyət,nə də insanların vəhşicəsinə qətlə yetirilməsi, öz dədə-babatorpaqlarından çıxarılması yada düşürdü. Ölkədə xaos, biganəlik, başıpozuqluqbaş alıb gedirdi. Belə bir zamanda ADU-nun tələbələrindən bir neçə "Tələbə taqımı” yaradılır. Cəbhəxəttində səkkiz səngərdən ibarət müdafiə mövqeyi qurulur. Birinci və beşincisəngərlərdə Yerli Özünümüdafiə Dəstəsininəsgərləri, altıncı səngərdə Tələbə taqımından doqquz nəfər, yeddincisəngərdə yenə də Yerli Özünümüdafiə Dəstəsinin əsgərləri, sonuncu səkkizincisəngərdə isə yuxarıda adlarınısadaladığımız tələbələr idi.


Bəli, onlar tələbə idilər. Cəbhəyə getməyə dəbilərdilər. Əllərinə heç vaxt silah almamış, döyüş səhnələrini ancaq kinolarda,sənədli filmlərdə görmüşdülər. Getdikləri yer kitabxana, universitet olardı.Sevib - sevilən vaxtlarıydı. Gizlin-gizlin sevgi, şeirləri yazardılar. Eləgötürək Xudaverənlə Arifin şairliyi.Xudaverənin döyüşə getməmişdən qabaq sevdiyi qıza yazdığı:

Bəlkəbir az utanırdı.

Bəlkəbir az çəkinirdi.

Gözlərinəbaxdım bir an

Ürəyininsirrin duydum

Baxışınyaman odluydu

Əliminqarı əridi

şeirindəkimisralarda onun ürəyinin çırpıntılarını görürük. Əgər vətən uğrunda döyüşü seçməsəydilər hələqabaqda nə qədər cevincli, xoş, romantik günlər gözləyirdi bu qeyrətliuşaqları. "Tələbə taqımı”nın komandiri, fizika fakültəsinin tələbəsi ölümündənsonra Milli qəhrəman adını alan Rövşən Hüseynovun universiteti qurtarmağınabeşcə ayı qalırdı. Vətəni canından da artıq sevdiyi üçün oxumağını yarımçıq qoyur, döyüşə gedir. Buelə vaxt idi ki, döyüşün qızğın vaxtında səngərdə Rövşən tələbələrlə birgəŞuşanın işğalı xəbərini eşidir.Sarsılırlar. Necə olur ki, alınmaz Qala -gecə-gündüz müdafiə olunan Şuşa düşmənlərin əlinə keçsin. Müdafiə naziriRəhim Qazıyevin səhlənkarlığı idimi, yoxsa Şuşanın hərbi komandantı ElburusOrucuvun səriştəsizliyi və ona verilən suallara müəmmalı cavabları... Müəmmalarçoxdu. Oxucuya bircə şey aydındır ki, Qarabağın ağır vəziyyətində ölkədəhərc-mərclik baş alıb gedir. Nə komandir Rövşən, nə də "Tələbə taqımı”nınüzvlərinin bu acı xəbərə inanmaqları gəlmir. Rövşən şəhərə - evlərinə zəngedir. Bu acı xəbəri bacısından soruşur. Bacısı xəttin o başından ağlaya-ağlayaŞuşanın alındığını deyir. Rövşən göz yaşları içərisində, hıçqıra-hıçqıra ancaqbacısına bu sözləri çatdırır. "Anama deyin mənigözləməsin. Elə siz də”

Qabağda onları gərgin döyüş gözləyir. Döyüşə hazırlaşırlar. Bir neçə dəfə hücuma keçir,erməniləri geri oturdurlar. Tələbələrin və Yerli Özünümüdafiə Dəstəsininmüqaviməti nəticəsində ermənilər itki də verir. Növbəti tapşırıqların birindəTərtərin Marquşavan kəndində YerliÖzünümüdafiə Dəstəsinin əsgərlərinimühasirədən xilas edərkən RövşənləFərhad qəhrəmancasına həlak olur. Tələbə taqımımın üzvlərindən Xudaverənlə Arifisə ağır yaralanır. Onları bir təsadüfnəticəsində, dostlarının köməyilə cəbhə xəttindən uzaqlaşdırıb xəstəxanaya yerləşdirirlər.

Jurnalistka fakültəsinin tələbəsi Arifin həm ayağından,həm də başından yaralanmaq səhnəsiniürək ağrısız oxumaq olmur. Arif ölümcül vəziyyətdə olsa da əsir düşməsin deyə silahını ermənilərətuşlaya-tuşlaya, sürünə-sürünə özünü şosseyola çatdırır və yaxınlıqdan keçənəsgərlərimizin maşınına rast gəlir,çətinliklə ayağa qalxır ki, onu görsünlər, əl edir və huşunu itirib yerəyıxılır. Yaxud filologiya fakültəsinintələbəsi Xudaverənin yaralama anı. Düşmənin gülləsindən ağır yaralanır. TələbəÜmidvar dostu düşmənə girov düşməsindeyə onu mühasirədən çıxartmaq istəyir, ancaq bacarmır və sonra Xudaverəninöldüyünü zənn edən Ümidvar son dəfə onunalnından öpüb ayrılır. Yaralarının ağrısından huşunu itirən Xudaverən ayılıbözünə gəlir, sürünə-sürünə düşmənin nəzarəti altında olan yerdən çıxa bilir,özümüzkülərə qovuşur. Tələbələr bircə ona sevinirdi. "Yerli ÖzünümüdafiəBatalyon”nun döyüşçülərinin mühasirədən çıxarmağa nail olmuşdular. Şuşasevgisiylə yaşayan Fərhadın cəsədi isədüşmənin işğal etdiyi torpaqda qalır."Qaldı ki, torpaqlarımızı azad edəcək əsgərlərimizi qarşılasın” yazırmüəllif. Tənqidçi Əsəd Cahangir kitabın ön sözündə yazır. "Etibar ən sərtmövzuda müharibə mövzusunda yazır: əksər əsərləri ya birbaşa, ya da dolayısı ilə Qarabağdan danışır: bu əsərlərdəntop gurultuları, avtomat səsləri eşidilir, barıt və qan qoxusu gəlir, əsasqəhrəmanı lazım gəlsə, öz həyatını doğma torpaqlar uğrunda döyüşlərdə qurbanverən vətənpərvər, əsas ideyasıtorpaqlarımızın erməni işğalından azadedilməsidir.

Müəllifin romanı real həyat hadisələrinə əsaslanırvə oxucunu inandırır. Biz orjinallığı,yeniliyi ilə fərqlənən bu əsərdə tələbələrin adi, paslı silahlarla, bir-iki qranatumyotladüşmən tanklarının qabağında necə bir şücaətlə dayandığının şahidi oluruq.Elə ona görə də onunqəhrəmanları haqqında oxumaqla kifayətlənmirsən, şəxsən onları görməkistəyirsən.

Haşiyə: "Tələbə taqımı” kitabı Nizami Gəncəviadıana Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”şöbəsinin müdiri, Akademiyanın müxbir üzvü Tehran Əlişan oğlunun təşəbbüsü iləmüzakirə olunacaqdı. Müzakirəyə əsərin müəllifi Etibar Muradxanlı dadəvətliydi. Bu zaman şöbənin qapısı döyüldü. İçəri hündürboylu, orta yaşlı,saçları ağlı-qaralı bir nəfər içəri daxil oldu. Gözümüz tanımadığımız bu adamadikildi. O nəzakətlə: "Tələbə taqımı” kitabı burda müzakirə olunacaq? -Soruşdu.

-Bəli. – Yerbəyerdən dilləndik.

Bu hündür boylu adam: - Mən "Tələbə taqımı”ndakıArif Babayevəm...

Hamımızın üzündə sevinc qarışıq bir heyrət bürüdü.Bu adam 1992-ci ilində Tərtərin müdafiəsində həm başından, həm də ayağındanyaralanan və uzun müddət xəstəxanada müalicə olunan tələbə Arif Babayev idi. Biz təzəcə oxuyubbaşa çatdığımız əsərin canlı qəhrəmanınıgörürdük. Ona baxdıqca ürəyimdə fikirləşirdim. "Kaş sənin kimi, sənin tələbədostların kimi oğullarımız çox olaydı”. Bir az keçmədi ki, "Tələbə taqımı”kitabının müəllifi Etibar müəllimlə Milliqəhrəman, şəhidlik zirvəsinə ucalan Rövşən Hüseynovun bacısı oğlu da gəldi.Bəli, müzakirə çox canlı alındı. Tələbətaqımının sağ qalan üzvləri haqda suallar verildi. Şəhid olanlar yad edildi.Jurnalist kimi fəaliyyət göstərən Arif müəllimə verilən suallardan biri də buidi.

− Arif müəllim, siz nə fikirləşirsiniz? Müharibəyəhazırıqmı?

Arif müəllim əlini çal saçlarında gəzdiribgülümsədi.

− Əlbəttə − dedi, − Onsuz da şəhidlərimizin, həlakolan yoldaşlarımızın qanını yerdə qoymayacağıq. Biz "Tələbə taqımı”nın sağqalan üzvləri döyüşə getməyə, torpaqlarımızı azad etməyə həmişə hazırıq.

− Biz sizinlə, sizin dostlarınızla fəxr edirik. −Şöbəmizin ən gənc əməkdaşı Hənifə xanım fəxrlə Arif müəllimə baxdı.