adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 May 2020 10:30
15704
GÜNDƏM

DÖVLƏT-VƏTƏNDAŞ HƏMRƏYLİYİNƏ TÖHFƏ

Bəlli olduğukimi, dünyanı cənginə alan COVİD-19 virusunun insan həyatının bütün sahələrinətəsiri qaçılmaz oldu. Yəni bu virus bir xəstəlik olaraq təkcə sağlamlığımızadeyil, həyat tərzimizə də, maddi durumumuza da, böyük anlamda isəiqtisadiyyatımıza, siyasətimizə də icazəsiz, izinsiz müdaxilə etdi. Və bir dəbaxıb gördük ki, dünyanın ən aparıcı dövlətlərindən tutmuş, Afrikanın, Asiyanınhələ ötən əsrlərdə qalan dövlətlərinə qədər hər birində insanlar məhz buvirusun həmlələrindən sonra eyni mövzunu yaşamağa, dilə gətirməyə məcburolublar. Bax, elə bu da müəyyən mənada dünyanın ümumi bəlaya qarşı hardasa həmrəyliyikimi də özünü büruzə veribdi.

Təbii ki, bizmüstəqil dövlət olaraq bəşəri bəlaya çevrilən COVİD-19-a qarşı mübarizədə öncəöz insanlarımızı, yəni Azərbaycan vətəndaşlarını – onların sağlıq durumunu,maddi vəziyyətlərini daha çox düşünməyə başladıq. Bu prosesin ilk mərhələsindəartıq Azərbaycan Prezidenti özünün qətiyyətini ortaya qoydu. Onun qəbul etdiyiqərarlar, verdiyi tapşırıqlar qabaqlayıcı addımlar kimi bəşəri bəlanın tempini aşağı salmağa, insanlarımızınqorunmasının mexanizmini işləyib hazırlanmasına imkan verdi. Bu mexanizmin hərəkətəgətirilməsində isə ölkə iqtisadiyyatının bəlli durumu əsas vintlərdən biri idi.Yəni Azərbaycanın dinamik inkişafı təkcə regionda deyil, həm də dünya müstəvisindədaxili sabitliyi, iqtisadi uğurları və ölkə prezidentinin şəxsi nüfuzu imkanverdi ki, qısa bir zamanda ən zəruri tədbirlər gerçəkləşdirilsin. Bax, bu mənadaprezidentimiz cənab İlham Əliyevin həm türkdilli dövlətlətin, həm beynəlxalq təşkilatların,həm dünyanın söz sahibi olan Rusiya, Amerika, Almaniya, İngiltərə və digər dövlətlərinbaşçılarıyla telefon danışıqları, videokonfransları xalqımızda böyük ümidləryaratdı. Bu psixoloji təsir insanlarımızı öz prezidenti ətrafında daha da birləşdirdi.Hər kəs birmənalı olaraq anladı ki, Azərbaycan prezidenti onun bu gününün,sabahının qarantıdı.

Ölkəmiziniqtisadi, sosial durumu elə bir formadainkişaf proseslərindən keçib bu günümüzə gəlib ki, artıq ona güvənmək və bəhrələnməkmümkündür. Bu mənada ölkədə həyatakeçirilən iqtisadi islahatlar həm vətəndaşların, həm də Azərbaycanın özünündurumuna müsbət təkanlardır. Belə ki, gerçəkləşən dinamik inkişafın təminolunmasıyla paralel iqtisadi fəaliyyətin və gəlirlərin də tam şəffaflaşdırılmasıAzərbaycan insanının öz iqtidarına və bütövlükdə dövlətinə etimadını daha dayüksəldir. Çünki "kölgə” iqtisadiyyatı öz fəaliyyətilə insanlarda müəyyənfikirlərin yaranmasına səbəb olur. Cənab İlham Əliyevin bu məqamda qəbul etdiyiqərarlar, yəni gerçəkləşdirilən islahatlar həmin o "kölgə” iqtisadiyyatınınqol-budağının doğranmasına, əhəmiyyətinin kiçilməsinə, eyni zamanda, azad rəqabətinvüsətinə gətirib çıxarır. Və deməli, bu da həm qarşılqılı inama, həm dəiqtisadi inkişafa yaradılan bir şərait deməkdir. Əgər son illərin mənzərəsinigöz önünə gətirsək, görərik ki, artıq ölkədə iqtisadi fəaliyyətin bütün sahələrindəşəffaflığa ciddi şəkildə meydan verilmiş vəinsanlar da öz bizneslərinin qurulmasında daha da maqarlı olmuşdular.Yeri gəlmişkən onu da vurğulayım ki, bu da dövlət-biznes münasibətlərinin dahasağlam əsaslara söykənməsinə imkan vermişdi. Statistik məlumatlara istinad etsəkonda görərik ki, bu ilin birinci rübündə dövlət büdcəsinə qeyri-neftsektorundan daxilolma 1,4 milyard manatı üstələmişdi. Bax, elə bu gəlirləparalel olaraq da əmək haqqı fondu da artmışdı. 2019-cu ildə əmək müqavilələrininsayı 153 min artmışdır ki, bu artımın da 99 mini özəl sektorun payına düşmüşdü.

ÖlkəPrezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanıniqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasınaxidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərinəmək haqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.Bu fikrimizin şərhinə diqqət yetirsəniz onda görərsiniz ki, Azərbaycanprezidentinin tapşırığı ilə ölkədə karantin rejiminin tətbiqinə başlanandan vəhər kəsin "evdəqal” çağırışına səs verdiyi gündən əksər sahələrdə işlərdayandırılsa da, ancaq işçilərin əmək haqları dövlətin dəstəyi ilə ödənilmiş,bununla yanaşı, həm də işsizlərə, maddi durumu aşağı səviyyədə olan vətəndaşlaradövlətin hesabına maliyyə yardımları edilmişdir. Bu fikri rəqəmlərlə ifadə etsəm,onda deyə bilərəm ki, pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsinməşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundular. Tədbirlərplanına uyğun olaraq cənab İlham Əliyevin sərəncamı ilə zərər çəkən sahələrə900 min manat birbaşa kompensasiya ayrıldı. Üstəlik, bu zaman kəsiyində muzdluişçilərin iş yerlərinin qorunması, zərərçəkən sahibkarlara maliyyə dəstəyiningöstərilməsi, onlara geniş vergi güzəştlərinin verilməsi istiqamətində dəaddımlar atılaraq 1,5 milyard manat bank kreditlərinə dövlət zəmanəti həyatakeçirilməklə onların fəaliyyətləri subsidiya edildi.

Bəlli olduğukimi, qeyri-formal fəaliyyət göstərən sahibkarlar, şəxslər adətən dövlət dəstəyindənməhrum olurlar. Bu, təbii bir prosesdi. Yəni onlar "kölgədə” olduqlarından dövlətləəməkdaşlıq fəaliyyətlərini itirirlər. Ona görə də indiki durumda dövlət bütüngüzəştləri yalnız onunla əməkdaşlıq edən sahibkarlara və vətəndaşlara şamiletdi. Bu həm də "kölgədə” qalanlara gerçəyi anlamaq yolunda bir addımsayılmalıdır. Çünki dövlətin dəstəyindən uzaq düşməmək üçün şəffaf fəaliyyətəüstünlük vermək, dövlətin yanında olmaq lazımdır. Öz vətəndaşlarının durumunu həmişəön cərgədə saxlayan Azərbaycan iqtidarı söylədiyimiz məqamlara baxmayaraq,qeyri-formal məşğulluq sahəsində olanlara, eləcə də "kölgədə” qalan vətəndaşlaraindiki durumda öz dəstəyini göstərir. Bu dəstəyin əsas göstəricilərindən biri də600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsaitin ayrılmasıüçün aprel ayının 17-də cənab İlham Əliyevin videobağlantı formasında keçirdiyiiclasda verdiyi tapşırıq, söylədiyi fikirlər vətəndaşlarımız tərəfindən yüksəkanlayışla qarşılandı. Prezidentimiz söylədi ki, "bu kateqoriyaya aid olaninsanlar aztəminatlı təbəqənin nümayəndələridi. Eyni zamanda, koronaviruslabağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardı. Onların daproblemini dövlət öz üzərinə götürür”.

Bu fikrin özü AzərbaycanPrezidentinin vətəndaşlarımıza, bütövlükdə bizim hər birimizə göstərdiyi diqqətingerçək və tam səmimi ifadəsidi. Yəni biz həm söylənilən fikirdən, həm o fikrinarxasındakı səmimiyyətdən və konkret rəqəmdən gördük ki, Azərbaycan Prezidentisağlıq durumu ilə yanaşı, onların sosial durumunu da diqqət mərkəzindəsaxlayır. Elə həmin çıxışının davamı olaraq Azərbaycan Prezidenti sahibkarlarada, iş adamlarına da, imkanlı şəxslərə də açıq formada səslənmişdi. O,vurğulamışdı ki, "Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa sonqoyun. İşçilərə müraciət edirəm, bir daha əmək müqaviləsi olmadan işləməyin, tələbedin”. Bu çağırış həm də hüquqi dövlətin öz vətəndaşına dayaq durması üçün gərəkolan addımın atılmasına bir işarədir. Yəni hər kəs öz əmək hüququnu qiymətləndirməyibacarmalı, onun qanuni əsaslara söykənməsi fəaliyyətinə üstünlük verməlidir.

Artıqpandemiyaya qarşı mübarizənin qismən yumuşalmış zaman kəsiyində olsaq da, buheç də o demək deyil ki, artıq hər şey bitib və insanlar yenə öz əvvəlki həyattərzlərinə üstünlük verməlidilər. Xeyr, gerçək olan budur ki, problem qalır vəo özünün daha sərt dönüşünü sərgiləyə bilər. Bax, elə bu səbəbdəndir ki, AzərbaycanPrezidenti Sumqayıtda "Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin vəqoruyucu kombinezon istehsalı müəssisələrinin açılışında çıxış edərkən vurğulamışdı ki, "Bu gün hamımızı və bütündünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəviyanaşma göstərir. Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələdeyil. Ona görə də mən birmənalı şəkildə demişdim ki, ilk növbədə vətəndaşlarınsağlamlığı onların həyatıdır”.

Zənnimcə, cənabprezidentin bu fikirləri artıq ölkənin COVİD-19-a qarşı səfərbər olmuş bütünstrukturlarının fəaliyyət proqramı kimi qəbul olunmalıdır. Və sevindiricihaldır ki, elə bu cür də var. Çünki Azərbaycan səhiyyəsinin çevikliyi, karantinrejiminə nəzarət edən gün strukturlarının, xüsusilə də polisin fəaliyyətiinsanlarımızın qorunmasında, həyat fəaliyyətinin bərpa olunmasında öz sözünüdedi. Bu gün daha çox önəmli olan məsələ isə virusun iqtisadiyyatımızda,bütövlükdə həyatımızda açdığı acı izləri, acı nəticələri ortadan qaldırmaqdı.Bunun üçün Azərbaycan Prezidentinin dediyi kimi, "burada təkcə dövlət orqanlarınınfəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətlərini dərk etməli vəəyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdır...”

Bəli, bizözümüzdən asılı olmayan səbəbdən həyatın daha bir sınağı ilə qarşılaşdıq,bu zaman kəsiyini yaşamağa məhkumedildik. Ondan nəticə çıxarmaq və həyatın tələblərini qiymətləndirib əsl gerçəyinyanında olmaq, xüsusilə iqtisadi fəaliyyətimizdə qanunun aliliyini, məsuliyyətimiziyüksəkdə tutmaq hər birimizin vətəndaş borcudu. Belə olarsa, yəni biz bu borcu dəyərləndirə bilsək,onda məruz qaldığımız iqtisadi itkilərdən birlikdə çıxa biləcəyik. Bu birlikbizi qaranlıqdan işığa aparır. Gəlin, birlik həmin yolu tutaq.

Əbülfət MƏDƏTOĞLU

Əməkdarjurnalist