adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Dekabr 2014 13:50
30992
MÜSAHİBƏ

“Dövlətin dəstəyini hər zaman hiss edirik”

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili  Novruz Aslanovun Adalet.az-a müsahibəsi.

-Novruz müəllim,rəhbərlik etdiyiniz Qızıl Aypara Cəmiyyətinin fəaliyyətibarədə məlumat verməyinizi istərdik.

-1920-ci ilin martın 10-da hərbiyyə naziri əvəziolan, general-leytenant Əliağa Şıxlinski tərəfindən hökumətə müraciət olundu.Bu müraciət əsasında Qızıl Aypara Cəmiyyətinə müvafiq maddi vəsaitinayrılmasına razılıq verildi. Cəmiyyətin yaradılmasında məqsəd müharibə şəraitindəvətənin hərbi idarəsinə yardım etmək  vəxalq kütlələrinin böyük köməyinə ümid bəsləyərək xalqın başına gələn qəzavü-qədərdəzərər çəkən ölkəəhalisinədəstək verməkdən ibarət idi. Cümhuriyyətin süqutundan sonra Cəmiyyətin balansındaolan əmlakı dövlətin hesabına verildi. Ancaq mən deyərdim ki, cəmiyyətin ənparlaq fəaliyyəti, keçdiyi tarixi yol məhz bu illərdən özünü göstərir. O zaman Cəmiyyətinklinikaları, qan donorları var idi. Maddi texniki baza daha da möhkəmləndirilmişdi.Yaradılan bu imkanlarikinci dünya müharibəsi zamanı Cəmiyyətin daha aktiv fəaliyyət göstərməsini şərtləndirirdi.  Tarixi şərait elə gətirdi ki, Azərbaycan1991-ci ildə müstəqilliyini qazandı. Müstəqilliyimizin ilk illərində Cəmiyyətinfəaliyyətində bir sıra problemlər ortaya çıxdı. Aydın məsələdir ki, maddi-texnikibaza çatışmazlığıvardı. Eynizamanda bütün əlaqələr kəsilmişdi, müharibə şəraitində idik. Cəmiyyətin könüllüləribu işə səfərbər olmuşdular. Qaçqın düşərgəsində soydaşlarımıza hər cür tibbiyardım göstərilirdi. Sonradan illlər ötdükcə Cəmiyyətbeynəlxalq əlaqələrini daha da mömkəmləndirdi. Beynəlxalq Qızıl Xaç Komitəsi,  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara CəmiyyətlərininFederasiyası ilə uğurlu əməkdaşlıq formalaşdırıldı. Məhz bunun nəticəsində Qarabağmüharibəsi zamanı ölkəmizə bir sıra humanitar yardımlaroldu ki, biz də bu yardımların yerlərdə paylanması, vətəndaşlara pulsuz tibbixidmət göstərilməsini həyata keçirirdik.  

Sonrakı illərdə dövlətin Azərbaycan Qızıl Aypara Cəmiyyətinəolan diqqətini daha açıq şəkildə hiss etməyə başladıq. O zaman ümummillilider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə qərar qəbul olundu. Bundansonra  prezident İlham Əliyev tərəfindənimzalanan xüsusi sərəncamlar bir daha onu göstərir ki, Azərbaycan dövləti QızılAypara Cəmiyyətinə hər zaman diqqətlə yanaşır. Onu da diqqətinizə çatdırım ki, cənab İlham Əliyev bizim Cəmiyyətinfəxri üzvüdür.

-Novruzmüəllim,  işinizinonurğa sütununu könüllülər təşkil edir. İndiki şəraitdə könüllülərin Cəmiyyətəcəlb olunması yönündə hansı problemlə üzləşirsiniz? 

-Hazırda üç  yüz minə yaxın üzvlərimiz , iyirmiminə yaxın könüllülərimiz var. Onlardan yarısı aktiv könüllülərdir. 7 regionalmərkəzimiz , 83 rayon bölməmiz fəaliyyətgöstərir. Hər birrayon bölməmiz yüksək səviyyədə inkişaf edib. Könüllülərinprosesə cəlb olunması yönündə heç bir çətinliyimiz yoxdur. Mən deyərdim  ki, Cəmiyyətöz könüllüləri ilə fəxr edir. Onu da qeyd etmək istərdimki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti MDB məkanında  ən güclü milli cəmiyyətlərdəndir. Həttainkişaf etmiş hesab olunan Rusiya, Ukrayna, Belorus kimi hələ mən Ermənistanı demirəm – ölkələri belə geridə qoyur. Onlar beynəlxalq donorlardan asılı vəziyyətdəolan bir quruma çevriliblər. Ancaq biz beynəlxalq donorlardan asılı deyilik. Özlayihələrimizi özümüz həyata keçiririk. Bu da ondan irəli gəlir ki, AzərbaycanQızıl Aypara Cəmiyyətinə dövlət qayğısı böyükdür. Dövlət tərəfindən Cəmiyyətəmüvafiq vəsait ayrılır. Bu vəsaiti  işçilərinəmək haqqlarının ödənilməsinə yönəldirik. İanələrdən əldə olunan vəsaitlər isə müvafiqproqramların icrasına sərf olunur.  Bu isəbizim fedarasiya qarşısında nümunəvi təşəbbüslərlə çıxış etməmizə imkanyaradır. 

-Birsıra nazirliklə sıx əməkdaşlıq edirsiniz....

-Bəli. Bu gün biz ölkədə fəaliyyət göstərənnazirliklərlə sıx əməkdaşlıq edirik. Bu yöndə ilk əməkdaşlq memorandumufövqəladə hallar naziri Kəmallədin Heydərovla imzalamışıq. Bundan başqa SəhiyyəNazirliyi, bu yaxınlarda təhsil naziri Mikayıl Cabbarovla da əməkdaşlıqla bağlı memorandum imzalanıb. O cümlədən,ANAMA, Dövlət Miqrasiya Xidməti ilə də bu yöndə sənədlər imzalanıb.  Yeni əməkdaşlıq memorandumununMüdafiə Nazirliyi ilə imzalanması gözlənilir. Bu istiqamətdə iş gedir. Bugünkügündə əsgərlərin lazımi beynəlxalq aktlar barədə məlumatlandırılmasına ciddi ehtiyacvar. Onlara Cenevrə Konvensiyaları barəsində məlumat verilməsiplanlaşdırılıb. Əsgər əsir götürülsə belə öz hüquqlarını bilməlidir. Bilməlidirki, onun hüquqları Cenevrə Konvensiyalarına uyğun qorunur və o, BeynəlxalqQızıl Xaç Komitəsinə müraciət edə bilər. Yaralılara tibbi xidmətin, xüsusiləilk yardımın göstərilməsi barədə praktiki kursların keçirilməsi nəzərdə tutulur. 

-Novruzmüəllim, bu kimi cəmiyyətlərdə ən ciddi məsələ şəffaflığın qorunmasıdır. AzərbaycanQızıl Aypara Cəmiyyətində şəffaflıq hansı səviyyədə qorunur?

 -Cəmiyyətdəşəffaflığın tam təmin olunması üçün mənim imzaladığım əmrlə açıq mühasibatlqsisteminə keçmişik. Yəni, istənilən şəxs Cəmiyyətədaxil olub, mühasibatlıqla bağlı istənilən sənədi əldə edə bilər. Burada onunüçün heç bir problem yaradılmır. Qaldı məsələnin digər tərəfinə. Cəmiyyətin gəlirləriarasında ianələr, üzvlük haqlarının müəyyən çəkisi var. Üzvlük haqları deməkolar ki, çox kiçik məbləğ təşkil edir. Hər bir üzvümüz üçün ayda cəmi 18 qəpik.Bəzən olur ki, biz o vəsaitin cəmi 40 faizini yığa bilirik. Xərclərimiz isə çoxdur.Ancaq bütün bunlara baxmayaraq, çox güclü işçi heyətimiz var. Gücümüz isə bizimkönüllülərimizdədir.

Bu gün Bakı şəhərində 7 minə yaxın xroniki xəstəliklərdənəziyyət çəkən insanlar var. Bizim könüllülərimiz  o xəstələrə sosial-tibbi köməklik göstərməkləyanaşı bəzi hallarda onların evlərini də təmizləyirlər. Bir vaxtlar bu işlərigörmək üçün müəyyən vəsait ayrılırdı. Biz işimizi yüksək səviyyədə təşkiledirdik. İndi o vəsait dayanıb deyə bu bizim işin keyfiyyətinəmüəyyən təsir göstərib. Deyək ki, bir vaxtlar biz o xəstələrə müntəzəm dəstəkolurduqsa, indi ayda iki dəfə bunu edirik.

-Həyatakeçirdiyiniz beynəlxalq kampaniyalardaşəffaflıq hansı səviyyədə qorunur?

 - MDB məkanında biz yeganə cəmiyyətik ki, donor təşkilatıq.  Biz hər zaman sıx əməkdaşlıq etdiyimiz Türkiyə,İran milli cəmiyyətlərinə yardım etmişik. Bundan başqa Somaliyə, Ukraynaya,Suriyaya dəstək göstərmişik. Bu işlər tam şəffaf şəkildə həyata keçirilir.Cenevrədən tutmuş ta dünyanın istənilən nöqtəsində olanlar bizim həyatakeçirdiyimiz kampaniya barəsində rəsmi internet səhifəmizə daxilolaraq məlumat almaq imkanlarına malikdirlər.Kimin bu kampaniyaya nə qədər vəsait köçürmələri barəsində səhifəmizdədərhal məlumat verilir. Tam səmimi deyirəm ki, bir sıra hallardabiz həyata keçirdiyimiz kampaniyalardan özümüz üçün vəsait saxlamırıq. Adətənbu işi həyata keçirən zaman 20 faiz təşkilati işlər üçün saxlanılır. Biz bunuetmirik. Sadəcə olaraq, köçürmələr zamanı banklar müəyyən xidmət faizituturlar. Onlarla da danışıqlar apardıq bizə cavabları bu oldu ki, bunlarkommersiya məsələləri olduğu üçün bu faiz tutulur. Nəzərinizə bir məsələniçatdırım ki, bizim həyata keçirdiyimiz kampaniyalardamillət vəkilləri daha aktiv iştirak edirlər.