Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb -FOTO

Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd pozucusu saxlanılıb.
Adalet.az xəbər verir ki, may ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışlar.
Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

DİN Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələri saxlayıb - FOTO/VİDEO

Cinayətdə şübhəli bilinən 19 nəfər saxlanıldı

Yekaterinburqda öldürülən qardaşların nəşi təhvil verildi - VİDEO

Şamaxıda kürəkən qayınatasını öldürdü - YENİLƏNİB

Polisə bıçaq çəkən narkotacir zərərsizləşdirildi

Masallıda baş verən cinayət işinin motivi məlum olub - YENİLƏNİB

"Rus dili tədris edən qardaşım Rusiyada cinayətkarcasına qətlə yetirildi" - Seyfəddin Hüseynli
