adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyun 2020 16:27
14095
SİYASƏT

Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

İclasda ölkəmizdəfəaliyyət göstərən bir sıra şirkət rəhbərləri və iş adamları iştirak ediblər. DövlətMiqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviriVüsal Hüseynov pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahınqərar və tövsiyələrini rəhbər tutaraq, fəaliyyətin mövcudvəziyyətə uyğun təkmilləşdirilməsi, müvafiq prosedurların sadələşdirilməsi, əcnəbivə vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmini istiqamətində görülən işlərdəndanışıb. 

Bildirib ki, ölkəmizdə olduğu yer üzrəqeydiyyata alınmış, olma müddəti bitən və məlum səbəblərdən ölkəni tərk edəbilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddəti heç bir müraciət tələbolunmadan avtomatik uzadılıb. Notariat və ya ona bərabər tutulan qaydadatəsdiq edilməsi nəzərdə tutulmuş müvafiq sənədləri təqdim edə bilməyən şəxslərinmüraciətləri belə təsdiq olmadan da qəbul edilib.

İşadamları pandemiya dövründəki fəaliyyətləri barədə məlumat veriblər. DövlətMiqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilənxidmətləri yüksək qiymətləndirərək təklif və tövsiyələrini səsləndiriblər.

Videokonfransmüzakirələrlə davam etdirilib.