adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Mart 2020 12:40
29107
SİYASƏT

Dostluğun sonu?

Dünən Türkiyə vəRusiya prezidentləri arasında Moskvada keçirilən və 6 saata yaxın çəkən görüş Ərdoğanıntam fiaskosuyla nəticələndi. Məlumdur ki, bu görüşdən öncə Ərdoğan bildirmişdiki, Bəşər Əsəd ordusu Soçi anlaşması çərçivəsindənəzərdə tutulan mövqelərə çəkilməlidir. Moskva görüşündə isə bu barədə söhbətgetmədi, görüş fakti olaraq son hərbi əməliyyatlar nəticəsində bölgədə yaranmışdurumun "sənədləşdirilməsiylə” yekunlaşdı. Yəni, Türkiyə Suriya ordusunun əldə elədiyi yeni mövqelərdə qalacağıyla barışmalı oldu.

Həmin əməliyyatlarzamanı B. Əsəd vətəndaş müharibəsinin ilk günlərindən cihadçıların əlinə keçənM-4 və M-5 şosse yollarını tam olaraq rejimə müxalif olan qüvvələrdən tamamilətəmişləyərək öz nəzarəti altına keçirmişdi. Xatırladaq ki, paytaxt Dəməşqi ölkəniniki böyük şəhəri olan Hələb və Ləzkiyə ilə birləşdirən bu yollar strateji əhəmiyyətli şosselərsayılırdı. Moskva razılaşmasında B. Əsədin son günlərdə əldə etdiyi həmin mövqelərdən geri çəkilməsibarədə söhbət belə getmir. Bu isə artıq Soçi anlaşmasının qüvvədən düşməsi deməkdir.

M-5 şossesi tam şəkildəSuriya hökumətinin əlinə keçsə də, M-4 şossesimüəyyən qədər türklərin də təsir dairəsi altındadır. Bu şosseylə bağlıisə atəşkəs elan olunub, yəni, vəziyyət hələ ki durduğu yerdə qalacaq. Həmin yolun Sərakib yaxınlığındakı Trumba iləAyn Əl Havra arasındakı hissəsində türk və rus əskərləri birgə patrul xidmətiaparacaqlar. Yəni, həmin yolun yenidən terrorçuların nəzarətinə keçməsinə imkanverməyəcəklər. Əgər cihadçılar ora hücumetsələr türk əskərləri də rus əskərləri ilə birlikdə bunun qarşısını alacaqlar.Sadə dilə çevirsək, Ərdoğan Əsədin müdafiəçisi olacaq.

Moskva görüşündə türklərin12 müşahidə məntəqəsinin öz fəaliyyətini davam etdirəcəyi barədə də razılıq əldəolunub. Bu məntəqələr hələ Soçi anlaşmasının nəticəsi olaraq yaradılmışdı.Suriya ordusunun son hücumlarından sonra vaxtilə müxalif qüvvələrin vəcihadçıların nəzarətində olan həmin müşahidə məntəqələrinin yarısı indi artıq Əsədinəlində olan bölgələrdə yerləşir. Həmin məntəqələrin funksiyasından danışanTürkiyə prezidenti bildirib ki, onlaryalnız atəşkəsə nəzarət funksiyasını həyata keçirəcəklər. Yəni, diplomatik dildəbəyan edib ki, burdan rejim qüvvələrinə qarşı hər hansı əməliyyat keçirilməyəcək.

Moskva anlaşmasınınTürkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu tərəfindən oxunan türkcə mətnindədiqqəti cəlb eləyən əsas məqam Suriyanın Suriya Ərəb Respublikası şəklində təqdimolunmasıydı. Həmin ifadə dolayısyla Əsədin legitimliyinin tanınması anlamına gəlirki, bu da yumşaq desək, son illər Türkiyə-Suriya münasibətlərinin ruhuna uyğungəlmir.

Müşahidəçilərin ən şoxmarağına səbəb olan məsələ isə Ərdoğanın Putinə müraciət formasındakı dəyişiklikidi. Münasibətlərin bal dövründə o, Putinə "Dostum Vladimir” deyə müraciət etsədə, indi, sadəcə olaraq, türk rəsmi müraciət forması olan "Sayın Putin” kəlməsindənistifadə edirdi. Bu isə iki liderin son illər əndazəsini aşan dostluğunun sonudemək idi. Ərdoğan bu dostluğa o qədər aludə olmuşdu ki, hətta türk siyasətininuzun illər formalaşmış ölçülü-biçili dəngələrini dəyişmiş, ən yaxın müttəfiqlərinəbelə arxa çevirmişdi. Amma unutmuşdu ki, ayıyla dostluq edəndə çomağı yerəqoymamaq lazımdır.

ADALET.AZ