adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Aprel 2020 15:48
18491
DÜNYA

DOSTLAR, DEYƏSƏN İNDİ XƏBƏR TUTMUSUZ ?!

Son iki gündü saytlarda və sosial şəbəkələrdə bir video yayılır: İran İSLAM RESPUBLİKASI Dağlıq Qarabağa yanacaq və ərzaqgöndərir. Mətbuatda da ərzaq aparan maşınların şəkilləri verilib.

Amma din qardaşlarımızın Azərbaycandakı səfiri bunu təkzib edir. Bilmirsəngözünlə gördüyünə inanasan, yoxsasəfirin dediyinə?

Mən o videoya diqqətlə baxdım və həmin ərazini tanıdım. HəqiqətənXankəndi yoludu. Hər bir Qarabağlı bunutəsdiq edə bilər.

Və bizim mətbuat da bunu elə yazır ki, sanki İranınQarabağ ermənilərinə yanacaq və ərzaq yardımı etməyi birinci dəfədi.

Mən bir neçə dəfə İrandan keçməklə maşınla Naxçıvanagetmişəm. Və hər dəfə də belə birmənzərənin şahidi olmuşam:İran və Ermənistan arasında yüzdən çox yanacaq maşınları və digər nələrsə daşıyan tirləri görmüşəm və həttasaymışam. Təbii ki, Ermənistana keçən həmin yanacaq və digər məhsullar ordan daQarabağ separatçılarına da göndərilir.

İndi ermənilər bu işi asanlaşdırmaq və məsafəni qısaltmaq üçün Bakı-Naxçıvan dəmir yol xəttinin kənarı ilə işğal altındakı Cəbrayıla yol çəkirlər.Bilmirəm yol çəkilişiniqurtarıblar, yoxsa yox.

Yəni buna o qədər təəccüblənməyin. Uzun illərdi İran Ermənistanın şah damarınıqanla təmin edir.