“Donuz qripi” təhlükəsi - Bakıdan Tiflisə gedənlər azalıb?
Azərbaycan Dəmir Yolları QSC Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxma hallarının yayılması ilə əlaqədar Azərbaycandan həmin ölkəyə gedən sərnişinlərin sayının azalması barədə məlumatlara münasibət bildirib.
Adalet.az-ın məlumatına görə QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Trend-ə bildirib ki, Gürcüstanda H1N1 virusunun olması səbəbindən Azərbaycandan bu ölkəyə gedən sərnişinlərin azalması müşahidə olunmur:
"Sərhəd-keçid məntəqəsində ölkənin müvafiq qurumları tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir. Azərbaycan Dəmir Yolları QSC-nin səhiyyə müəssisələri tərəfindən də müvafiq tədbirlər görülür. Həkim-Sanitar Xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya-maarif işi aparırlar. Eyni zamanda, hər reysqabağı vaqonlarda dezinfeksiya işləri həyata keçirilir".
H1N1 virusunun yayılması ilə əlaqədar, Gürcüstana getmək üçün bilet alan sərnişinlərin öz biletlərini geri qaytarması barədə yayılan məlumatlara gəldikdə, S.Qədirova belə bir fakt qeydə alınmadığını bildirib.
Xatırladaq ki, Azərbaycanla sərhəd ölkə olan Gürcüstanda H1N1 virusunun yayılması, bu virusa yoluxanlar arasında ölüm halları faktı qeydə alınıb.
Digər Xəbərlər
30 Aprel 2024 15:59
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Aprel 2024 15:08Hava dezinfeksiyası dünyanı yeni pandemiyadan qoruya bilər
26 Aprel 2024 13:23