adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Avqust 2019 10:44
37485
SAĞLAMLIQ

Doktor Adil Qubadov

Əgər Allahinsanların yalvarışlarına qulaq assaydı, onda adamlar

çoxdan ölümqurtarmışdılar

Epikür

yunan filosofu

Çağdaş Azərbaycanşeirinə orijinallığı ilə güclü təsir edən Əli Kərimin belə bir misrası var:"İnsan dünyaya bənzər”. Bu fikir bu və ya başqa tərzdə müxtəlif elm, sənətadamları tərəfindən işlənib. Həqiqətən insan balaca vücudunda dünyalar gizlətməyəqadirmiş. Bir anlığa insan təfəkküründən qidasını götürən elmi kəşfləri vəicadları, dahilərin yaratdığı ədəbi-mədəni əsərləri götürək. Bunlar birdimi,ikidimi... sadalayaq?

Mən uzun müddətyaxşı tanıdığım, uşaqlıqdan eyni rayonun eyni kəndində birgə böyüdüyümüz,mehr-məhəbbət saldığım bu şəxs haqqında mütləq nəsə yazmaq istəyirdim. Məqamıçatmırdı. Çünki tərcümeyi-halın əzbər bildiyin, nəsli-nəcabətini sevdiyim,kökünə-zatına bələd olduğum bir insan haqqında material-məqalə qələmə almağasanki hazır deyildim. Ona görə yox ki, çətinlik çəkirdim. Ona görə ki, bu qəhrəmanmənə doğmadan doğma idi. Adil doktoru bu dərəcədə yaxından tanıdığımdan yazımıhansı gözəl sözlə başlamağımı ayırd edə, ağlıma gətirə bilmirdim. Çünki o, nəzərimdəən yüksək tərifə layiqdi, çaşıb qalırdım, şəninə yaxşı sözlərin hansını seçim.

Hələ ki, Adilhəkimin qısa bəlli avtobioqrafiyasını – yəni, 1955-ci ilin 3 iyul tarixindəLerikin Rvarud kəndində kolxozun ilk partiya təşkilatı katibi Babaş Qubadovunçoxuşaqlı ailəsində doğulduğunu qoyaq bir kənara. Bir qədər ötən tarixə nəzəryetirmək, yaddaşımı varaqlamaq, məşhur həkim-uzmanın uşaqlıq-yeniyetməlik çağlarınabaş vurmaq istəyirəm. Axı, o yaddaşın yarpaqlarında bu sətirlərin müəllifi dəvar və mən hərdən-hərdən özüm-özümü tapmaq üçün itirdiyim o uzunsov, ciliz,inadkar kənd uşağını görməkdən ötrü mütləq geridönüş edib arxaya boylanır, xəyallaradalır, xatirələrə üstünlük verirəm. Sonralar qələmə aldığım bir şeiriminmisralarında deyildiyi kimi...

O günlər, o günlər lap çoxdan ötüb,

Ötüb yan-yörəmdən, böyür-başımdan.

Şirinliyi damağımdan getməmiş,

Gözlərimin qabağından getməmiş...

Onda üç nəfərolardıq: üç qohum, dost, Adil, Muğdad ("öldü” deməyə dilim gəlmir, Gəncəyolunda 1989-cu ildə avtomobil qəzasında gözlərini həyata əbədi yumdu) və mən.Elə ki, sentyabrın 1-də məktəb zamanı gəldi (o zaman bu tarix həm də "Bilikgünü” sayılırdı), üçümüzün arasında yarışma başlanırdı. "Oxu” yarışması. Dərsdənkənarvaxtlarda kənd klubunda, daha doğrusu, idarə binasında yerləşən kitabxanayagedir, Azərbaycan və dünya klassiklərinin əsərlərini tapır, özümüzlə götürüb evəaparır, hərisliklə, vurğunluqla gecə-gündüz mütaliə edirdik. Kitabxananınmüdiri, ipək təbiətli insan Abdulla Şirməmməd oğlu daha əlimizdən təngə gəlmişdi.Kitabı zədələyən, vərəqlərini çıran, içini yazan oxucu, sənətini sevənAbdullanın düşməniydi. Elə yüksək savadı olmasa da, bu nurani şəxs tez-tez alıbapardığımız kitablardan bizi sorğu-suala tutur, mütaliə edib-etməməyimiziyoxlayır, tam əminlikdən sonra yaxamızdan əl çəkirdi. Bir də görürdün səsihündürdən gəldi: "a bala, iyirmi gündə filan kitabdan 2-3 hekayə də oxumamısan.Bəs onu evinə sərgiyə aparmışdın? Səndənbədii ədəbiyyat oxuyan çıxmaz, qaytar kitabı: "Və ya amiranə surətdə kiminsədalınca "Hayıf, valideynlərinin zəhmətinə,yerə vurursan. O boyda Nizami Gəncəvinin bir beyt şeirini əzbərləməmisən. müəllimlərinədeyərəm, daha kitabxanaya ayaq basma” söylənir, hirsini-hikkəsini tökürdü.Kitabı səliqə ilə saxlayanlar, oxuyanlar eynini açırdı: "Ə, filankəs, get,partkomun oğlu Adildən kitabla davranmağı, bədii ədəbiyyatın mütaliəsini öyrən.onu tapmasan, Xosrovun oğlu Muğdad Talıbovdan necə oxumağı öyrən...”

Balaca dağ kəndininiki kitabxanası vardı: biri məktəbinki idi, digəri söydədiyim kimi kolxozun.Artıq yeddinci sinifdə oxuyarkən, bütün kitabları mütaliə edib qurtarmışdıq. Hərdənbirqonşu kəndlərə yollanır, oxumadığımız ədəbiyyatları tapıb alırdıq. Yalnıztanışlıq verəndə sonra. Tikəbandlı Nuru səmimi kişiydi. Kitab oxuyanı dərhalseçirdi və bizə hərdənbir əl uzadırdı. Qonşu Təngəbin kəndində kitabxanada mərhumİbrahim Ağayev işləyirdi, müharibə veteranıydı, bir ayağından şikəst idi. Bərk əsəbiolduğundan, kitabı göz bəbəyi kimi qoruduğundan hər yoldan keçəni kitabxanayaüzv eləmirdi. Atamla yaxınlığı vardı və məni tanıdığı üçün görən kimi dərhalişarəylə "Hüseynin oğlu, sən keç içəri, seç götür, nə istəyirsən, ancaqyoldaşlarına hələlik etibarım yoxdur, sonra baxarıq, onları da əliboşqaytarmaram” – bildirirdi. Hirsli vaxtlar isə gözünə görünmək mümkün deyildi,yalnız mülayim çağlarında İbrahim kişinin qılığına girmək, onu ovsunlamaqolurdu. Bir dəfə isə kənd sakini, işıqlı ziyalı kimi tanınan, Lerikdə həmişəyüksək vəzifələrdə çalışan ixtisasça tarixçi Yəhya Ağayev bizi kitabxananınqarşısında görüb xeyli təəccübləndi.

- Uşaqlar, səhər-səhər xeyirdimi?

- Yəhya əmi, kitabxanaçını gözləyirik, ondan təzəkitab götürəcəyik – cəsarətlə sarışın Adil cavab verdi.

Dağgövdəli kişinin çöhrəsi açıldı, sifətindəki qəribə təbəssümü sezməmək mümkündeyildi. "Əhsən, əhsən, a başınıza dönüm, oxumaq yaxşı şeydi” – deyib kəhəratına minib göz qırpımındaca itdi.

Şeir,nəsr, publisistika – nə kitab əlimə keçirdi, qalınlığına baxmırdım, alıb ikicəgündə oxuyub başa çatdırırdım. Və bədii kitaba olan bu alüdəçiliyi, yaxşı vərdişiməndən iki yaş kişik Adildən öyrəndim. Adil fitrətən təmiz, sadəlövh, səmimiydi,adama inanır, etibar edirdi. Və uzun illər ötüb orta məktəb illərindən, o, yenəsaf, büllur kimi qalıb, hiylə, fırıldaq, aldatmaq nə olduğunu bilməz. Yaxşıpediatr kimi tayı-bərabəri yox idi, uşağın rəngi-ruhuna baxıb diaqnoz qoyurdu.Özü də dəqiqliyiynən. Ancaq Adil Lerikin ucqar Əliabad kənd xəstəxanasında, qəsəbəninmərkəzi uşaq şəfaxanasında məşhur həkim kimi tanınsa da, arzuları böyük idi,dar ixtisasla məhdudlaşmaq istəmirdi. Təbii ki, qarşıda Bakı vardı, təcrübəniartırmaq, görüb-götürmək, inklişaf etmək üçün paytaxt şəhərdən misilsiz yer yoxidi. Axı, möhtəşəm elm məbədləri, tibb ocaqları ilə yanaşı, sevdiyi müəllimlərdə Bakıdaydı və gələcəyə yol burdan keçirdi.

AdilQubadovun dediklərindən: Rəhmətlik Babaş atam partkom olduğu üçün kolxozuninzibati idarə binasında yerləşən kitabxananın da açarını özündə saxlayırdı.Atam hərdən məni ora göndərirdi. Mən bu fürsətdən istifadə edib günaşırıkitabxanaya yollanır, yeni gətirilən jurnallarla, kitablarla tanış olurdum. Rəhmətlikkişi bu sevgimi görüb xeyli şadlanır, kefi durulurdu. Xüsusən mütaliə edən yerdəmənimlə rastlaşanda. Əlbəttə, "Azərbaycan”, "Ulduz”, "Qobustan” kimi jurnallarıilk dəfə orda gördüm, sonra əl çəkmədim. Şübhəsiz, yaxşı həkim olmaq üçün mütləqgərək təbiət elmlərini mənimsəyəsən. Həmin elmlər konkret ünvan nişan verir.Ancaq bədii söz xəzinəsi isə başqa aləmdi. Etiraf edim ki, təfəkkürümüninkişafında, hərtərəfli formalaşmağımda, cəmiyyətdə tanınmağımda, natiqlik məharətiminartmağında kitab oxumağımın mənə ciddi təsiri olub. Indi xəstə qabağındautanıb-çəkinmədən rəvan nitqimlə istədiyim fikri ifadə eləməkdə çətinlik çəkmirəm.Söz üçün gəzmirəm, üstəlik, yaxşı şeir parçaları ilə, zərb məsəllərlə, hikmət boğçasıilə xəstəyə ürək-dirək verir, könlünü açır, ovqatını qaldırıram. Onun bəlkə dədava-dərmandan, məlhəmdən və iynədən daha artıq xeyri dəyir. Çünki bədbinadamın, stresi olan azarlının mütləq müalicəsinin başlanğıcında gərək könlünüaçmağı bacarasan. Axı, islam Peyğəmbəri Həzrəti Məhəmməd məşhur "Nəhcül-Hidayət”kitabında nahaq nəsihət etməyib: "Gözəl, səlis və aydın danışıqlar sehr kimi əsrarəngizdir”,yəni, xoş söz adamı ovsunlaya bilər, tənəzzüldən qurtarar, çünki söz Allahdan gəldiyiüçün canlıdı, diridi.

Ozaman biz biləndə ki, Adil Kitabxananın açarını özündə saxlayır, həmin güntoy-bayramımız idi. istədiyimiz vaxt şagird dostumuzun qılığına girib gedibkitab götürə bilərdik. Ancaq bunu Adilə necə deyəydik, axı onun səlahiyyətinəaid məsələ deyildi. Düşündük ki, o bu barədə atasına məsləhət eləməlidir.Muğdad məsələ deyildi. Düşündük ki, o, bu barədə atasına məsləhət eləməlidir.Muğdad rəhmətlik indi olmasın, mənə dedi, sən yaxşısan, bizdən yaşça böyüksən,vəziyyəti başa sal, bizə də kitab götürüb versin. Mən çəkinmədən bu barədəonunla danışdım. Adil bildirdi ki, burda pis nə var ki? Kitablar yazılıb,oxumaq üçün. Hansını istəyirsiz, seçib götürün. Bir şərtlə ki, vaxtındaqaytarın. Çünki bəzi nümunələrdən cəmi bir nüsxə olur, başqaları da istəyir.Abunəçiləri peşiman qaytarmayaq. Daimi oxucular var, axı...

Adiligötürüb kitabxanaya yollandıq. Gözümüz kəlləyə çıxdı, nə qədər yeni kitabvardı, bir neçə aya oxuyub-qurtarmaq olmazdı. Məni Məmməd Səid Ordubadinin"Qılınc və Qələm” romanı çəkdi. Bu sanballı ədəbi nümunə qalın idi, səhifələrininsayı minə yaxın idi. Deyəsən, Adildən başqa hələ kənddə heç kəs Məmməd Səidin əsərinioxumamışdı. Bunu, qatı yenicə açılmış kitabın fəsilləri deyirdi. Adil dilinidinc qoymadı: "yaxşı, kitabdan yapışmısan, bircə aya tamamlasan, adımı dəyişərəm”.Sonra nə düşündüsə, könlümü almaq istədi: "surətli oxuda sənin tayın, bərabərinyoxdu. Yəqin bir həftəyə kitabın kürəyini yerə vurarsan” dedi. O, düz praqnozvermişdi. Mən, "Qılınc və Qələm”i beş günə oxuyub qurtardım. Bəzən hətta gecələrelektrik işığını söndürür, lampa işığında mütaliəmi davam etdirirdim. Bəzən dəgecələr oyanan atam mənə əsəbiləşir, "o nədi, aludə olmusan, nağıl oxuyanvaxtındı, əvəzində dərslərini öyrən” – deyə əsəbi surətdə söylənir, üstüməçığırırdı. Lampanı söndürən kimi yuxum qaçır, əsərin qəhrəmanları sanki üstümətökülüşürdülər, səhərəcən qurcalanır, yata bilmirdim.

Adil Qubadovorta məktəb illərində təkcə ədəbiyyatı deyil, bütün digər fənnləri də dərindənbilir, mövzuları mənimsəməkdə usta idi. Mənim isə ədəbiyyata münasibətimbambaşqaydı. Buna oxumaq demək azdı, bu dəlicəsinə vurulmaq idi. Yer belləyirdim,kitab yanımdaydı, meşəyə oduna gedirdim, kitab qoltuğumdan düşmürdü, qoyun-malnobatına yollayırdılar, günüm bədii ədəbiyyatsız keçmirdi. Özü də nə oxuyurdum,həkk olunurdu maqnit kimi yaddaşıma, əzbər öyrənirdim. Şeirlər, poemalarbeynimdə, ürəyimdə əbədi yuva qururdu.Bir gün Adilə dedim, bilirsən, mənim nə qədərşeirim var. İki dəftər doldurmuşam. O, heyrətlə mənə tərəf baxdı: "Sabah gətir oxuyaq, görək zəhmətinə dəyər,ya yox”. Cavabında dedim ki, əzbər bildiklərim də var, gəlsənə, sabah gətiribAydın müəllimə göstərək. Axı o, ədəbiyyat müəllimidi, deyəsən, hərdənbir şeir dəyazır. Əgər, desə yaxşıdı, yazmağı davam etdirəcəyəm, desə, zəifdi, hamısınıcırıb yandıracam. Adil xeyli düşünəndən sonra "Daha niyə cırıb atırsan, zəhmətinəheyfin gəlmir, bəlkə gələcəkdə böyük şair çıxar səndən, onda bu əlyazmalarınxiffətini çəkərsən”. "Bəs sən bunları hardan bilirsən, heç mənim ağlıma da gəlmir”– söylədim və söhbətimiz bitdi.

Səhərisigün nə Adilə, nə də Aydın müəllimə şeir dəftərlərimi göstərmədim. Utandım ki, mənilağa qoyarlar. Bunlar nədi, adi cızmaqaralar, cır at zibilliyə...

Bir neçəil Lerikdə uşaq həkimi işlədikdən, el arasında şəxsi nüfuz və hörmət qazanandansonra 1983-cü ildə Adil qəti qərar qəbul elədi. Böyük arzularına yetmək, alimolmaq, şəxsi qənaətlərini, tədqiqatlarını yekunlaşdırmaq. Ilk növbədə iş tapmaqlazım idi. Sənətini kamil bilən həkimin Respublika Səhiyyə Nazirliyinə müracviəticavabsız qalmadı. Onu Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasındaştatlı işə götürdülər. Bu vəzifədə nə az, nə çox ta 1996-cı iləcən külüngdöydü. 1996-cı ilin ortalarında vəzifəsi böyüdü, şöbə müdiri qoyuldu.

DəfələrləBakıda və Moskvada ixtisasartırma, ixtisasdəyişmə kurslarında olan, daim öyrənən,təkmilləşən, kitab əlindən düşməyən Adil həkim hazırda iki cəbhədə fəaliyyətinidavam etdirir: Bakının Bakıxanov qəsəbəsində və yaşadığı Hövsan yaşayış məskənində,evi sanki şəxsi klinikasıdır. Bu zəhmətsevər millət fədaisi üçün yuxu-istirahətyoxdur, gecənin istənilən anında qapısını döyürlər. Axı o, digər peşədostlarından fərqli bu qayda-qanunu özü qoyub, riayət eləməyə də borcludur.Hippokrat andına sədaqəti ilə seçilən bu sadə, açıq qəlbli insan 2006-cı ildəmüqəddəs Həcc ziyarətində olub və Allah evini ziyarət edərkən "həyatımın ənyüksək amalı Allaha pənah olmaq və xalqa xidmət göstərməkdir” söyləyib. Və həqiqətənəməlləri fəaliyyətini təsdiq edir.

O,daim xalq arasındadır və adi adamların içindədir. Adil həkimi tanıyanlar həmişəonunla ünsiyyətdə olmaq istəyir, faydalı məsləhətinin, sözünün cazibəsindən hələm-hələmqurtula bilmirlər. Münasibət isə səmimiyyət üstündə qurulub və qarşılıqlıdır: "el-obabu xeyir-şər adamını, ağır günün dostunu sevdiyi kimi, o da insanları sevir,ona inanan hər kəsə məhəbbət bəsləyir. Bir dəfə isə yəni 2005-ci ildə az qala həkim-uzmanısiyasətə çəksinlər. Həmin il Milli Məclisə seçkilərə qatılan Adil Babaş oğluyalnız axırıncı turda, cüzi fərqlə alternativindən geri qaldı. Ruhdan düşmədi, "yaxşıhəkim onsuz da millətinin, daimi vəkilidir” sözləri ilə bir daha özünə rəğbətqazandı. Bax, bizim hacı Adilin bir özəl və gözəl xüsusiyyəti də qismətləbarışmaqda, qane olmağındadır. Mərhum Zinnət ananın öyüdləri həmişə həyatda köməyiməçatır.

2004-cüildən Ümumrusiya Ozonterapevtlər cəmiyyətinin üzvü, Allah adamı, "Babam Qubad Kərbəladadəfn edilib” təsəllisiylə həmişə öyünən, tez-tez Azərbaycan televiziyasının birincikanalında efirə çıxan, məntiqli nitqi və dinləyicilərə birbaşa cavabları ilə hərkəsi heyran edən tanınmış təbib-loğman Moskvada elmi iş götürüb başa çatdırıb.Dissertasiyanın mövzusu maraq doğurur: "Azonterapiyanın Azərbaycanda tətbiqi,yayılması və müalicə müxanizmləri”. Bu iş əslində praktik təcrübə ilə elmi-nəzəriaraşdırmanın vəhdətidir. Dərmansız-iynəsiz müalicəyə üstünlük verən Adil həkimbel yırtıqlarının ağrısız, əməliyyatsız müalicəsində bəlkə də respublikada əsasfiqurlardan biridir.

Ailəsindəbeş uşaq böyüyüb. Gülnarə, Könül, Fərrux, Mehparə, Fərhad. Onların arasında alitəhsillisi də var, tələbə həyatını yaşayanı da. Övladları ata yolunun sənətdədavamçıları olmasalar da, olmaq arzusundadırlar. Bu sətirlər də Adil həkiminyanında müalicə kursu keçən şair dostum Dayandur Sevginin sözləridir: "Allah-TəalaAdil müəllimə öz nurundan əxz edib. Sözsüz, o, seçilmiş bəndədir və insanlığınfövqündə dayanır. Həkim kimi isə onun mənim üçün tayı-bərabər, misli yoxdur. Məno kişinin vurğunuyam”.

Ağacəfər Həsənli