adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Oktyabr 2015 12:30
9899
MƏMLƏKƏT

Doğru yol, səhv addım - FOTOREPORTAJ

Cavanındantutmuş qocasına kimi keçidi deyil, avtomobil yolunu üstün tuturdular.Yadımdadır. Hələ piyadaların yol qaydalarını pozması ilə bağlı yeni əmr icraolunanda mənim özümü də cərimə etmişdilər. Hərçənd bir çoxlarının bu yenilikdənxəbəri yox idi. İndi isə gələk hazırkı duruma.

PaytaxtınYasamal rayonunda "20 yanvar” metrosunun yerləşdiyi ərazidə apardığımız müşahidələrqələbəliyin çox olduğu bir vaxta təsadüf edirdi. Axşam saatlarında avtomobillərinsıxlığına macal tanımayan piyadaları necə deyərlər yolun o tayında əli qırmızıçubuqlu, sarı köynək polislərimiz gözləyirdi. Hər halda şəkillərdən görəcəksinizki, insanlar həyatları ilə necə risk edirlər.

Əvvəlcəonu qeyd edim ki, yol patrul keşikçilərinə ərazidə rastlaşmadım. Yolunqırağında dayanan yol polisi maşınına yaxınlaşanda dedilər ki, vətəndaşlarınişinə baxan həmkarları ərazidədirlər: "Hardasa gələrlər”. Maraqlıdır onlarharadadırlar?

Xülasə,qırmızı çubuqlu, sarı köynəkli polislərimizi gözləyənə kimi piyadalarınqaydaları pozduğu fraqmentləri lentə almağa qərar verdim. Təbii ki, bu şəhərdə əlindəkamera ilə çəkiliş aparan adama hər kəs maraqla baxır. Hətta kadra düşən sürücülərdən biri üstüməhücum çəkdi.

-Sən kimsən şəklimizi çəkirsən, hardan gəlmisən?!

Bircə kəlmə dedim: "Mən müxbirəm”.


Başa düşəcəyinəümid etməsəm də, sürücü bundan sonra heç nə demədi. Eləcə çəkilişə davam etdik.

Polislərigözləyərkən metronun çıxışında dayanan taksilər də diqqətimi çəkməyə bilməzdi: "Sumqayıtabir nəfər”, "Saray yolu ilə gedən var?.. Qardaş gedirsənsə gəl otur çıxırıq”.Bir qədər aralıda isə rayona gedən taksilər dayanıb. Sözü gedən ərazi daha təhlükəlidir.Ora daxil oldunsa, arı balın üzərinə doluşan kimi sürücülər də sənə "yapışacaqlar”.Heç kimi qınamağa dəyməz. Hər halda onlar da çörəkpulu üçün bunu edirlər.Sözsüz ki, belə bir şəraitdə hansısa sürücüdən gediş qiymətini maraq naminəsoruşa bilməzsən. Onda heç kim sənə cavab verməyəcək. Məcbursan ki, onlara birvətəndaş kimi yaxınlaşasan:

-Gedirsənqardaş, Sabirabada çıxırıq, bir nəfər qalıb.

-Neçəyəaparırsan?

-8manat verərsən.

-Çoxdu.

-Vallahqardaş avtobusnan 6-7 manatdı.

Sürücünübirtəhər inandırdım ki, adam gözləyirəm yarım saatdan sonra gedəcəm. O isəcavabında belə dedi:

"Mən dəsəni gözləyirəm ha əmioğlu”.

Burada qaydabelədir, sürücü ilə sərnişin razılaşdısa, ya sərnişinin çantası maşındaqalmalıdır, ya da özü. Bu sürücü ilə sərnişin arasında bağlanan müqavilənin əsasısayılır. Əks halda başqa sürücülər elə düşünəcək ki, razılıq əldə olunmayıb.Fürsəti onlar dəyərləndirməyə çalışacaqlar. Hər halda istər rayon olsun, istərsədə Bakı-Sumqayıt taksiləri çalışırlar ki, evinə çörək aparsınlar.

Budur, nəhayətsarıköynəklilər peyda oldu. İş başında idilər. Yazırdılar... Yolun bu tayındanonlara yaxınlaşanda elə bildilər ki, adi vətəndaşlardan biriyəm. Hətta cəriməolunan piyadalardan biri o tayda özünü and-aman edirdi ki, yolu keçməyim. Artıqgec idi. Polis məni yolun düz ortasında görən kimi uzaqdan əl eləyib yanınaçağırdı.

Məramımıbaşa salandan sonra cavuş yanındakı həmkarında çönüb dedi ki, bizim adamdı.


Polis cavuşu və polis nəfəri Vüsal Mikayılovun dediyinə görə, gün ərzində burada 20-25 nəfərcərimə olunur: "Xeyri yoxdur onsuzda, nə qədər xəbərdarlıq və cərimələr etsək dəyenə öz bildiklərini edirlər. Bəzən elə hallar olur ki, vətəndaşı saxlayırsanqaçıb gedir. Hətta aparatda adının çıxmaması üçün bizə düzgün məlumat verməyənpiyadalar da rastımıza çıxır. Misal üçün bu vətəndaş (kənarda, səkidədayanmışdı) bizə düzgün informasiya vermədiyi üçün onu saxlamışıq və şöbəyəaparacayıq.

Həmin şəxsləsöhbət etsək də müsahibəmizdən yayınmaq istəyirdi. Deyir Qazaxdan gəlmişəm,kasıb adamam, mənimlə işiniz olmasın. Sonra necə oldusa adını, soyadını olduğukimi söyləyən Musa Abdürrəhmanovun kimliyi aparatda düzgün çıxdı.

Çavuşdeyir ki, bayaqdandı Musa adlı bu şəxs kimliyini təqdim etmək istəmir. Gah nalavururdu, gah mıxa.

Dahasonra polislə vətəndaş arasında nə söhbət getdiyini bilmədim, ancaq polis həminşəxsi cərimə yazmadan azad buraxdı. Səbəbini soruşanda isə dedi ki, bizi çoxlarıqınaya bilər, ancaq biz də insanlıq etməyi bacarırıq.

Bir qədərsonra maraqlı bir hadisəylə rastlaşdıq. Kənardan bizi izləyən bir gənc mənəyaxınlaşıb əvvəlcə müxbir olduğumu soruşdu, sonra isə kiçik dərdini danışmağabaşladı.

-Məntələbəyəm, adım isə Ülvidir. Demək olar ki, gündəlik yolum buradan keçir. Cəriməyəedilməmək üçün metro keçidindən istifadə edirəm. Məncə əhalini qınamaq olmaz.Buranın keçidləri çox sıxıcı və havasızdır. Ümumiyyətlə buradakı keçidlər uzunolduğu üçün havalandırma sisteminə də ehtiyac var. Paytaxtda yeganə metrotunelidir ki, mağazalar hələ sökülməyib. Belə olanda isə tunelə daxil olancamaatın yarısı alış-veriş üçün dayanır. Nəticədə sıxlıq yaranır. Bu millətneyləsin indi?.. Tunellərdəki şəraiti yaxşılaşdırsalar insanlar da qaydalarariayət etməyə başlayacaq.

Qaydalarıpozan piyadalarla apardığımız soğrunun nəticəsi onu göstərir ki, əhalinin buqismi əsasən laqeydlik və keçidlərin uzun olması səbəbini üstün tuturlar.Sürücülər isə yekdilliklə bildirir ki, piyadaların yolun ortasından keçməsiavtomobillərin gedişi üçün də problem yaradır.


Budur,daha bir qayda pozuntusu var, deyəsən cərimə yazırlar...

Lakin piyadaşəkil çəkməyimə imkan vermir.

-Mənişimi görürəm, mane ola bilməzsiniz.

-Aykişi, çəkmə məni, icazə vermirəm.

-Sizinmüdaxilə etməyə haqqınız yoxdur.

-Deyirəmçəkmə, qurtardı.

Zakiradlı bu şəxs hətta üstümə hücum etməkdən belə çəkinmirdi. Uzun çəkən mübahisəmizdənsonra şəkilə düşməyə razılıq verəndə hətta poz verməyə belə fürsət tapdı.Maraqlıdır, nə qədər çətin olsa da polis və jurnalist birliyi bu cür insanlarıyola gətirməyə nail olur.


Düşünürəmki, reportaj üçün kifayət qədər material əldə etmişəm. Getmək vaxtıdır, ancaq Sabirabadagedən sürücü də məni gözləyir axı...





Rüfət Soltan