Direktorların işə qəbulu üzrə qeydiyyat başladı
Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Bildirilib ki, namizədlərin təqdim etdiyi məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra yalnız tələblərə cavab verən ərizələr təsdiqlənəcək.
Direktorların işə qəbul müsabiqəsi namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə iki mərhələdə - yazılı imtahan və müsahibə mərhələsində keçiriləcək. Müsabiqənin yazılı imtahan mərhələsində namizədlər test və esse yazı imtahanında iştirak edəcəklər. Test üsulu ilə keçiriləcək ilk hissədə iştirakçılara pedaqogika və metodika üzrə 20, idarəetmə və hüquqi baza, təhsil qanunvericiliyi, liderlik və menecment, riyazi məntiq üzrə hər biri 10 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Test imtahanını uğurla başa vuran namizədlər esse yazı imtahanına dəvət ediləcək. Burada tələb olunan balı toplayan namizədlər son mərhələ olan müsahibə mərhələsinə keçid hüququ qazanacaqlar. Müsahibə mərhələsində namizədlərin emosional intellekti, kommunikasiya və komanda qurma bacarıqları, təqdimetmə, liderlik və problem həll etmə qabiliyyətləri qiymətləndiriləcək.
Digər Xəbərlər
07 Dekabr 2025 20:13
BDU-nun dosenti vəfat etdi
07 Dekabr 2025 18:25
Emin Əmrullayevə Gürcüstanda "Fəxri doktor" adı verildi - FOTOLAR
05 Dekabr 2025 11:42
"Onlar universitetə yüksək balla girməyib..."
05 Dekabr 2025 10:45
Azərbaycan Universiteti və Qazaxıstanın Şimkent Universiteti əməkdaşlığa başlayırlar
04 Dekabr 2025 12:00
“Orta məktəbləri ləğv etmək lazımdır, onsuz da təhsil yoxdur...”
03 Dekabr 2025 11:23
Azərbaycanın adını beynəlxalq enerji sektorunda zirvəyə daşıyan gənc mühəndis
02 Dekabr 2025 11:41
Buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur
01 Dekabr 2025 16:24


Bakı -°C

