adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
27 Noyabr 2014 13:15
2373
HADİSƏ

DİN-dən Bülbülədə əhalinin yolu bağlaması ilə bağlı məlumat

Suraxanı rayonunda yolu bağlamağa cəhd edən sakinlərlə izahedici söhbətlər aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, noyabrın 26-da saat 12 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsinin 20 nəfər (qadın) sakini kanalizasiya və yollarının pis vəziyyətdə olması ilə əlaqədar qəsəbənin ərazisindən keçən avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış izahedici söhbətlərdən sonra onlar gediblər.