adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Avqust 2014 14:13
10592
MƏMLƏKƏT

Dincəlmədən yorulmaq

Yay fəsli bitmək üzrədir.  Bu fəsil turizm həvəskarlarının ənçox sevdiyi fəsildir. Təbii ki, ilin başqa fəsillərində də səyahət etməyi sevənlərvar, məsələn qış  turizmi heç də azsevilmir. Mən bu yazımda turizmə ümumi bir nəzər salmağa çalışacam. Yox,  yaradanın bizə verdiyi təbii imkanlardanyazmaq fikrim yoxdur. Hər kəs bilir ki, Azərbaycanın turizm üçün bütün təbii şəraitivar, biz süni əngəllər yaratmsaq ölkəmiz turizimdən neftdən əldə etdiyindən çoxgəlir əldə edər. 

   Turizmnədir? Onun hansı növləri var? Zatən bunları  öyrənmək o qədər də çətin deyil, internetdə açar sözü, yəni "turizm nədir” yazıb axtarmaq kifayətdir. Mən sadəcəonu qeyd edim ki, turizm başqa yerləri görmək, istirahət, alış-veriş etmək və.s.məqsədlə olur. Siyahını uzatmaq, bura müalicəni və.s. də daxil etmək mümkündür. Həm də turist tək ölkədənxaricə gedənlərə deyilmir, var daxili, var xarici turizm. Ölkəndən xaricəgetdiyin zaman yaşadığın ölkənin burdan bir qazancı olmaz, sənin səyahətini təşkiledən turizm şirkətinin səndən qazandığı puldan ödədiyi vergi xaric. Əgər hərşeyi internet üzərindən etmisənsə o halda pullar getdi xaricə, necə deyərlər.Odur ki, bunda işimiz yoxdur.

Bu  yazımdadaxili turizmdən və xaricdən Azərbaycana turist kimi gəlmək imkanlarındanyazacam.   Bu başdan qeyd edim ki, əgərdaxili turizmin inkişafına 100 ballıq qiymətləndirmədən yanaşsaq 10 – dan artıqqiymət vermək olmaz,  bu qiyməti isə əhalininimkanlı təbəqəsi üçün yaradılmış şəraitə görə vermək mümkündür. Bəli, Azərbaycandayaşamıram, ancaq təkcə sosial şəbəkələrdə yazılanlara nəzər salmaq, internetinxidmətlərindən istifadə edib Azərbaycandakı otellərin qiymətlərinə baxmaq bir nəticəyəgəlməyə kifayət edir. Demək olar ki, əksər otellər yüksək ulduzlu və təbii ki,baha qiymətədir. Bu, xüsusən regionlarda daha çox hiss olunur. Zatən daxiliturizmin əsas yükü şəhərdə yaşayanların məzuniyyət vaxtlarında (işləri varsa)regionlara istirahətə gedənlərin üzərinə düşür. Bəlkə infrastrkuturda, məsələnyolların təmirində və.s. bir inkişaf var, buna sözüm yox. Ancaq  istirahət etmək istəyənlərin və buna az-çoximkanı olanların Azərbaycanın rayonlarını deyil, ən azından yaxın Türkiyəni vəGürcüstanı seçdiyini heç kimə sirr deyil. Hörmətli məmurlarımız bunun səbəblərindən də bilirlər,buna heç bir şübhəm yoxdur. Sadəcə onlara bir şey təəccüblü gələ bilər ki, birgecəsi 80-100 manat olan oetellərə nə üçün baha deyilməlidir? Onlar da özlüyündəhaqlıdırlar, çalışın bu qiymətlərə bir də onların gözündən baxın. İndi necə,sizə baha gəldimi? İnanmıram.  Yeri gəlmişkənaidiyyatı şəxslərə bir müraciət də ünvanlamaq istərdim: cənablar, ölkədə 2-3ulduzlu, hətta 1 ulduzlu, hətta mən deyərdim ki, ulduzu belə olmayan otellərə dəehtiyac var. İnanın ki, ölkədə hər kəs zəngin deyil. Mümkünsə, obrazlı desək,  arada güzgü önündən çəkilib pəncərədən bayırada baxın. 

   Bəs ölkəmizə turist kimi gələmək imkanları necədir?Yenə də statistik rəqəmlərlə  sizi yormaqfikrində deyiləm. Sabah qalxıb Azərbaycana gəlsəm mənu də turist kimiqeydiyyata alacaq və statistik rəqəmləri dəyişəcəklər. Baxmayaraq ki, mənimorda öz evim var, mən yenə də turist hesab olunacam. Mənim kimi də dünyanın müxtəlifölkələrinə səpələnmiş on minlərlə soydaşımız, səhv etmirəmsə, hələlik Rusiya vəGürcüstan vətəndaşları xaric (əslində paradoksur, həm "AzərbaycanRespublikasının vətəndaşlığı haqqında” qanuna edilmiş dəyişiklikliyi, həm vizaverilmə qaydalarını sərtləşdirməklərini əsasən Rusiya ilə, ordan gələ biləcək təhlükəilə əlaqələndirirlər, ordan gəliş gedişə isə viza tələb olunmur). İnsaf naminədeyim ki, kimin ki, Azərbaycanın ümumvətəndaş pasportu varsa onun viza almasınaehtiyac yoxdur.  Şərtlər nə qədər zorolsa belə bizlər Azərbaycanda yaşayan doğmalarımızı, vətənimizi  görmək üçün viza alıb ora gələcəyik. Bəs bir əcnəbiölkəmizə turist kimi gəlməsi üçün nə etməlidir? Yuxarida da qeyd etdiyim kimiölkəmizdə otellər hədsiz dərəcədə bahadır və bu sıravi bir avropalının oraturist kimi gəlməməsi üçün əsas ola bilər. Hər kəsə məlumdur ki, avropalılarınturist kimi getmələri üçün ölkə seçim imkanları genişdir. Deyək ki, birniderlandlı 100 avro ödəməklə Parisə gedib qayıda bilər ki, bu qiymətəavtobusla Niderlandın müxtəlif şəhərlərindən Parisə gediş-gəliş, 2 gecə 3 günoteldə qalma (təbii ki, ulduzunu aşağı otel), səhər yeməyi və bir gün Parisdə avtobus turu daxildir.  Yaxud da 400-500 avro ödəməklə Türkiyədə 4-5*oteldə qalmaqla, hər şey daxil (o cümlədən yol pulu), istirahət edə bilərlər.  Təbii ki, heç bir viza problemi də yaşamadan.Baxaq  Azərbaycana turist kimi getməyin şərtlərinə.Ən ucuz otellərdə bir gecənin qiyməti bir adam üçün 80-100 manat arası dəyişirki, qiymətə oteldə qalma və ən yaxşı halda səhər yeməyi daxil olur. Bir həftəlikoteldə qalmaq 800-1000 manat  gərəkdiyinihesablamaq o qədər də çətin deyil. Öncələr vizanı aeroportda almaq mümkün idisə,son illərdə bunun üçün Azərbaycan Respublikasının yaşadığın ölkədəki səfirliyininkonsulluq idarəsinə müraciət etmən gərəkdir. İlk vaxtlar bir həftəyə verilənviza üçün indi iki həftə vaxt tələb olunur.  Anlaşılan, bir gedib sənədləri vermək, bir də gedib almaq lazımdır (Niderlando qədər də böyük ölkə deyil, təsəvvür edin ki, böyük ölkələrdə bu nə qədər çətinlikyarada bilir). Təbii ki, viza üşün də dövlət rüsumu ödəmən gərəkdir ki, bu da60 avrodur.  Bakıya gediş-gəliş təyyarəbileti isə aşağı-yuxarı 450-650 avro arasında dəyişir (bahalıları da var). Deməkki,  Azərbaycana turist kimi getmək istəyənbiri (3* oteldə qalmaq şərti ilə) hardasa 1300-1500 (buraaeroprt-otel-aeroport transfer xərcləri, ekskursiya və.s. daxil deyil)avrosundan keçməlidir. Bura viza almaq üçün konsulluğumuza gedib gəlmək xərcini(bunun üçün bu istiqamətdə fəaliyyət göstərən müxtəlif şirkətlərin xidmətlərindəndə istifadə etmək olar ki, buna görə də pul ödəmən lazım olduğunu  bilməmək sadəlöhvlük olardı) də daxil etsək,məbləg bir az da artır. Hələ viza almaq üçün sərf etdiyi vaxt itkisi, bir başatəyyarə reysinin olmaması və bunun üçün də hər istiqamətə bir gününü itirmən  ayrı mövzunun söhbətidir.  Bir də ki, tək bu olsa idi nə vardı? Yeniqanuna görə Azərbaycana gedən hər kəs uç gün müddətində Azərbaycan RespublikasıDövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir, əks halda cərimə olunacaq.Doğrudur, bunu internet üzərindən  (www.migration.gov.az saytına daxil olaraq məlumat əldəedə bilərsiz)  də etmək olar. Ancaq dəyərmi?Turist kimdir? Yuxarıda da qeyd etdim ki, tərifini yazmayacam. Ancaq hamı bilirki, turistlər əsasən dincəlmək istəyənlərdir. Bu başdan bu qədər yorularaq dincəlməyəgetməyinə dəyərmi, hələ başqa  ölkələrdə  qat-qat ucuz və zəhlə tökən prosedurlarolmadan dincəlmək imkanı olduğu halda. Hər bir ölkə turizmini inkişaf etdirmək üçün şərtləri sadələşdirdiyihalda  biz mürəkkəbləşdiririk. Bəhanəmizisə həmişə var, təxribatlardan sığortalanmaq üçün, düşmənlərimiz çoxdur və.s.İndi siz deyin, siz azərbaycanlı olmasa idiniz, ora turist kimi gedərdinizmi?

 

Vüqar Abbasov.Niderland.

[email protected] 

 

P.S. Mən buyazını uzada, müxtəlif faktlar da gətirə bilərdim.Uzun-uzadı vaxtınızı almaq istəmədim. Mənim turzim mövzusuna yanaşmam tək birjurnalistin, bir vətəndaşın yanaşması deyil. Təvazokarlıqdan kənar səslənsə belə mən bu yazını turizmi bilən, uzunmüddət bu sahədə çalışmış və hətta turizm şirkətlərindən birinə rəhbərlik etmişbiri kimi yazdım.