DİN Yevlaxda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyinmətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də saat 8 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Yuxarı Qarxun kənd sakini Xudaverdi Şərifov idarə etdiyi "Mercedes-Benz” markalı mikroavtobusu aşırıb.
Nəticədə 2 sərnişin hadisə yerində ölüb, sürücü və 19 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 6 nəfərin vəziyyəti orta-ağırdır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02