"Füzuli peşə təhsil məktəbi 2027-ci ildən fəaliyyətə başlayacaq" - Nazir

Füzuli peşə təhsil məktəbi 2027-ci ildən fəaliyyətə başlayacaq.
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, hazırda 100 mindən artıq şəxs peşə təhsili alır:
"Növbəti illərdə peşə təhsili sahəsini bir az da genişləndirmək istəyirik. Yüksək peşə ixtisası proqramları da hazırlanır və buranı bitirən şəxslərin subbakalavr təhsili almaq şansı çoxdur".
Nazir əlavə edib ki, 2026-cı ildə isə Şuşa şəhərində peşə təhsili mərkəzi fəaliyyətə başlayacaq.